Axtar
az|рус|eng
Qanunvericilik

Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin xüsusi rejiminin müəyyən olunması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərman

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8 (III kitab), maddə 616; 2005, 12, maddə 1099; 2006, 5, maddə 400, 12, maddə 1034; 2007, 4, maddə 323, 12, maddə 1225; 2008, 11, maddə 972; 2009, 3, maddə 163, 4, maddə 226, 10, maddə 780; 2010, 7, maddə 610; 2011, 7, maddə 631; 2013, 7, maddə 805, 11, maddə 1324; 2014, 4, maddə 359, 5, maddə 477, 9, maddə 1027, 10, maddə 1198, 11, maddələr 1390, 1420; 2015, 1, maddə 12, 12, maddə 1454; 2016, 2 (II kitab), maddələr 261, 265, 3, maddə 450, 5, maddə 882, 6, maddələr 1023, 1024, 1042, 1065, 7, maddə 1257, 9, maddə 1464, 11, maddə 1838, 12, maddə 2089; 2017, 5, maddələr 760, 845, 7, maddə 1344, 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən “30.4-cü,” sözləri çıxarılsın;

1.2. 1.4-cü bəndə “26.3-cü” sözlərindən sonra “, 30.4-cü” sözləri əlavə edilsin;

1.3. 2-ci hissənin səkkizinci abzası ləğv edilsin.

2. “Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 10, maddə 1611; 2017, 2, maddə 166) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.4-cü maddəsinə uyğun olaraq kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını iki ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2018-ci il.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.