Axtar
az|рус|eng
Qanunvericilik

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında

daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında

 

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılsın.

2. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunda təmsil olunmuş dövlət qurumunun nümayəndəsi ilə əmək münasibətlərinə xitam verildikdə, yaxud həmin nümayəndənin başqa səbəblərdən Koordinasiya Qrupunun işində iştirakı mümkün olmadıqda, həmin dövlət qurumu bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş tərkibdə göstərilən nümayəndəsini əvəz etsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu barədə məlumatlandırsın.

4. Kiçik və orta biznes evlərinin əhatə etdiyi ərazilər üzrə rayon (şəhər) icra hakimiyyətləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Koordinasiya Qrupuna nümayəndələrinin ayrılmasını təmin etsinlər.

 

Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Bakı şəhəri, 21 sentyabr 2018-ci il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 21 sentyabr tarixli 408 nömrəli

qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi

 

Koordinasiya Qrupunun rəhbəri

 

Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Koordinasiya Qrupunun rəhbərinin müavini

Orxan Məmmədov - Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri

 

Koordinasiya Qrupunun üzvləri

 

Rəşad Qarayev - Azərbaycan Respublikası Vergilər Nazirliyi Aparatının Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin uçot-qeydiyyat məlumat bazalarının təhlili və informasiya təminatı şöbəsinin müdiri

 

Elnur Süleymanov - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri

 

Şahin Ələsgərov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi

 

İlqar Poladov - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri

 

Anar Məmmədov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Aparatının Baş Təşkilat-İnspeksiya İdarəsi rəisinin müavini

 

Bilal Dadaşov - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının kommunikasiya və təsərrüfat şöbəsinin müdiri

 

Hikmət Həsənov - Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri

 

Namik İsmayılov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin dövlət reyestrinin aparılması və məlumat şöbəsinin məlumat sisteminin yaradılması sektorunun müdiri

 

Ramin Paşayev - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin xüsusi icazə və dövlət reyestri şöbəsinin müdiri

 

Aqil Quliyev - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri

 

Müşfiq Səttarzadə - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin şöbə müdiri

 

Vasif Eyvazzadə - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbərinin müavini - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri

 

Məhəmməd Muradov - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri

 

Rəşad Əzizov - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri

 

Nabil Seyidov - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdirinin müavini

 

İqbal Əsgərov - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Aparatının hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri

 

Səbuhi Gülməmmədov - Azərbaycan Respublikası Auditorlar Palatası Aparatının Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi

 

Ceyhun İsayev - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Aparatının hüquq şöbəsinin müdiri

 

Orxan Kazımov - Bakı Nəqliyyat Agentliyi Aparatının strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri

 

Xudayət Həsənli - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri

 

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Tamila Mehdiyeva - Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər İqtisadiyyat Komitəsinin tikinti və təmir sektorunun müdiri

 

Nuru Süleymanov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri

 

Oqtay Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq şöbəsinin müdiri

 

Xəyyam İsmayılov - Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank fəaliyyətinə nəzarət departamentinin bank olmayan kredit təşkilatlarına nəzarət idarəsinin rəisi

 

Ruslan Əliyev - “Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun satış və istismar üzrə müavini

 

Elsevər Rüstəmli - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN Xidmət”lə İş İdarəsinin rəisi

 

Faiq Kazımov - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviri - hüquq departamentinin rəisi

 

Xaliq Məmmədov - “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini

 

Kamil Alıyev - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Hava Yolları Sərnişin Aviaşirkətinin Marketinq, Kommersiya və İstehsalat İdarəsinin Tarif siyasəti şöbəsinin rəisi

 

Heydər Cəfərli - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Tarif Siyasəti və Marketinq İdarəsinin rəisinin müavini

 

Zaur Nağıyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi

 

Orxan Ərəbov - Azərbaycan Respublikası Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri

 

İsaxan Vəliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktorunun müşaviri

 

Samir Hümbətov - Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Aparatının Kredit zəmanət departamentinin təhlil və konsaltinq şöbəsinin müdiri

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.