Axtar
az|рус|eng
Qanunvericilik

>Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 12, maddə 740; 2002, 12, maddə 706; 2003, 1, maddə 23, 8, maddə 428, 12, I kitab, maddələr 676, 698; 2005, 1, maddə 1, 6, maddə 462, 8, maddə 684, 10, maddələr 873, 905, 12, maddə 1083; 2006, 3, maddələr 223, 225, 6, maddə 481, 12, maddələr 1015, 1029; 2007, 2, maddə 80, 12, maddə 1203; 2008, 3, maddə 158, 6, maddə 462, 7, maddə 602, 12, maddə 1047; 2009, 1, maddə 5, 2, maddə 56, 3, maddə 160, 7, maddə 519, 12, maddə 947; 2010, 4, maddə 276, 6, maddə 485, 10, maddə 840, 11, maddə 939; 2011, 1, maddə 12, 4, maddələr 245, 264, 11, maddə 985, 12, maddə 1100; 2012, 1, maddə 4, 6, maddələr 508, 518, 7, maddə 646, 10, maddə 947, 12, maddələr 1216, 1227, 1229; 2013, 3, maddə 213, 5, maddə 474, 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, 12, maddələr 1485, 1504; 2014, 1, maddə 6, 5, maddə 468, 6, maddələr 603, 605, 7, maddələr 774, 780, 11, maddələr 1345, 1370; 2015, 12, maddə 1432; 2016, 1, maddələr 15, 36, 4, maddə 630, 5, maddə 849, 6, maddə 1014, 10, maddə 1605, 11, maddələr 1753, 1776, 1780, 1790, 12, maddələr 2006, 2051; 2017, 3, maddələr 337, 341, 5, maddə 742, 6, maddə 1028, 7, maddə 1308, 8, maddə 1506, 12, I kitab, maddə 2265; 2018, 3, maddə 405; Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1009-VQD və 1019-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.22-ci maddə əlavə edilsin:

“2.0.22. satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması.”;

1.2. 18.65.3.1-ci maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 18.65.3-1-ci maddə əlavə edilsin:

“18.65.3-1. Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;

1.4. aşağıdakı məzmunda 33-5-ci maddə əlavə edilsin:

Maddə 33-5. Mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

N 1187-VQD




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.