Axtar
az|рус|eng
Qanunvericilik

Vergilər Nazirliyinin Kollegiyasının 31 iyul 2017-ci il tarixli
1717050000017600 nömrəli Qərarı ilə təsdiq edilmiş
əlavə və dəyişikliklərlə

 

AZƏRBAYCAN RESPUBLİKASI

VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

1217050000004800

 

Bakı şəhəri                                                                     24 dekabr 2012-ci il

 

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hal-hazırda elektron formada göstərilən 46 növdə elektron xidmətlər üzrə müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmışdır.

Yuxarıda qeyd edilən normativ hüquqi aktların icrası məqsədilə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsini, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci və Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2006-cı il tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1-ci bəndlərini rəhbər tutaraq Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1.  “Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə);

1.2. “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidməti üzrə inzibati reqlament  (2 nömrəli əlavə);

1.3. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə);

1.4. “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament (4 nömrəli əlavə);

1.5. “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament (5 nömrəli əlavə);

1.6. “ƏDV məqsədləri üçün onlayn qeydiyyat” elektron xidməti üzrə inzibati reqlament (6 nömrəli əlavə);

1.7. “Bank idarələrində hesabların açılması” elektron xidməti üzrə inzibati reqlament (7 nömrəli əlavə);

1.8. “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati reqlament (8 nömrəli əlavə);

1.9. “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (9 nömrəli əlavə);

1.10. “Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (10 nömrəli əlavə);

1.11. “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (11 nömrəli əlavə);

1.12. “Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (12 nömrəli əlavə);

1.13. “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament (13 nömrəli əlavə)”

1.14. “POS-terminalın onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament (14 nömrəli əlavə);

1.15. “POS-terminalın onlayn qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament (15 nömrəli əlavə);

1.16. “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (16 nömrəli əlavə);

1.17. “Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (17 nömrəli əlavə);

1.18. “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (18 nömrəli əlavə);

1.19. “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (19 nömrəli əlavə);

1.20. “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament (20 nömrəli əlavə);

1.21.” Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament (21 nömrəli əlavə);

1.22. “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament (22 nömrəli əlavə);

1.23. “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament (23 nömrəli əlavə);

1.24. “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlament (24 nömrəli əlavə);

1.25. “Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (25 nömrəli əlavə);

1.26. “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament (26 nömrəli əlavə);

1.27. “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament (27 nömrəli əlavə);

1.28. “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (28 nömrəli əlavə);

1.29. “Vətəndaşların video qəbulu” elektron xidməti üzrə  inzibati reqlament (29 nömrəli əlavə);

1.30. “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament (30 nömrəli əlavə);

1.31. “Vergi kalkulyatoru” elektron xidməti üzrə inzibati reqlament (31 nömrəli əlavə);

1.32. “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament (32 nömrəli əlavə);

1.33. “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament (33 nömrəli əlavə);

1.34. “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlament (34 nömrəli əlavə);

1.35. “ƏDV ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament (35 nömrəli əlavə);

1.36. “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” elektron xidməti üzrə inzibati reqlament (36 nömrəli əlavə);

1.37. “Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament (37 nömrəli əlavə);

1.38. “Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (38 nömrəli əlavə);

1.39. “Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament (39 nömrəli əlavə);

1.40. “Çağrı Mərkəzində vergi borcu barədə məlumatın təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (40 nömrəli əlavə);

1.41. “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament (41 nömrəli əlavə);

1.42. “Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (42 nömrəli əlavə);

1.43. “Vergi ödəyiciləri ilə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament (43 nömrəli əlavə);

1.44. “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlament (44 nömrəli əlavə);

1.45. “Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (45 nömrəli əlavə);

1.46. “Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament (46 nömrəli əlavə).

2. Hüquq idarəsinin rəisi, vergi xidməti müşaviri Samirə Musayevaya tapşırılsın ki, bu Qərarın və təsdiq edilmiş inzibati reqlamentlərin təsdiq olunmuş surətlərinin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş inzibati reqlamentlərin Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Analitik-informasiya şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri Mehti Mirsəlimova tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş inzibati reqlamentlərin mahiyyəti, o cümlədən göstərilən elektron xidmətlər barədə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

5. Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə tapşırılsın ki, vergi orqanı əməkdaşları tərəfindən bu Qərarla təsdiq edilmiş inzibati reqlamentlərin tələblərinə əməl edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

 

Vergilər naziri,

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Fazil Məmmədov




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.