Axtar
az|рус|eng
Qanunvericilik

2009-cu il aprelin 27-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Vergilər Nazirliyi və Estoniya Vergi və Gömrük Şurası arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum»un təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2009-cu il aprelin 27-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Vergilər Nazirliyi və Estoniya Vergi və Gömrük Şurası arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Estoniya Respublikası tərəfini xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 24 iyun 2009-cu il

341

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyun 2009-cu il, 136).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2009-cu il, 6 (144), maddə 466).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.