Axtar
az|рус|eng
Qanunvericilik

“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2017-ci il.

 


 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 2 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
(Azərbaycan Respublikası Prezidentinin 
2019-cu il 7 mart tarixli, 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş əlavələrlə)

 

S/S

Kod

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları

 1. 

2601200000

Yandırılmış pirit

2.

2606000000

Alüminium filizləri və konsentratları

3. 

2818200000

Alüminium oksidi, süni korunddan fərqli

4.   

7203100000

Dəmir filizinin birbaşa reduksiya məhsulları

 5.   

7203900000

Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri

 6.  

7204491000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)

7.   

7204499000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri

8.   

8545110080

Sobalarda istifadə olunan elektrodlar – digərləri

 9.    

8545190001

Elektroliz qurğuları üçün elektrodlar

10. 1101001100 Bərk buğdadan un
11. 1101001500 Yumşaq buğdadan və pərincdən buğda unu
12. 1101009000 Buğda-çovdar unu
13. 2505100000 Kvarslı qum
14. 2506200000 Kvarsit
15. 2602000000 Tərkibində quru məhsula hesablanmış manqanın miqdarı 20 kütlə faiz və ya daha çox dəmirli manqan filizləri və konsentratları da daxil olmaqla, manqan filizləri və konsentratları
16. 2610000000 Xrom filizləri və konsentratları
17. 2701129000 Tozşəkilli və ya qeyri-tozşəkilli, lakin aqlomerasiya edilməmiş bitumlu daş kömürü (kokslaşan kömür istisna olunmaqla)
18. 2704001900 Aqlomerasiya edilmiş və ya edilməmiş daş kömürdən koks və yarımkoks (elektrodların istehsalı üçün nəzərdə tutulmuş istisna olunmaqla)
19. 3801300000 Elektrodlar üçün karbonlu pastalar və sobaların futerlənməsi üçün analoji pastalar

  




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.