Axtar
az|рус|eng
Qanunvericilik

AZƏRBAYCAN RESPUBLİKASININ
 
NAZİRLƏR KABİNETİ
 
QƏRAR
 
439
 
Bakı şəhəri, 17 oktyabr 2017-ci il

N 439
 
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
 
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 645-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1356 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 6, maddə 375; 2007, 2, maddə 201; 2008, 1, maddə 46; 2011, 8, maddə 783) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
 
1. 1.4-cü bəndin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
 
"bağlanılmış müqavilələr əsasında ödənişli əsaslarla müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılması.".
 
2. 7.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
 
"7.1. Mərkəz dövlət büdcəsinin vəsaitləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsində nəzərdə tutulan və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitlər, habelə bağlanılmış müqavilələr əsasında ödənişli əsaslarla müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasından, həmçinin elmi tədqiqat işlərindən əldə edilən vəsait və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.".
 
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə



Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.