Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, I kitab, maddə 583; 2001, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002, 5, maddə 249, 12, maddə 707; 2003, 8, maddə 425, 12, I kitab, maddə 671; 2004, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006, 12, maddələr 1005, 1026; 2007, 1, maddə 4, 6, maddə 597, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1192; 2008, 7, maddə 602, 11, maddə 960; 2009, 7, maddə 506; 2011, 1, maddə 14, 7, maddələr 588, 603, 12, maddə 1115; 2012, 6, maddələr 500, 513, 7, maddə 652, 9, maddə 841, 12, maddə 1226; 2013, 2, maddə 91, 4, maddə 366, 11, maddə 1278, 12, maddələr 1483, 1486, 1495; 2014, 2, maddələr 94, 98, 6, maddə 608, 7, maddə 770, 8, maddə 957, 10, maddə 1158, 12, maddə 1525; 2015, 1, maddə 11, 12, maddə 1433; 2016, 2, I kitab, maddə 207, 3, maddələr 396, 402, 5, maddə 848, 6, maddələr 973, 974, 1015, 7, maddə 1245, 10, maddə 1603, 11, maddələr 1752, 1792, 1793, 12, maddələr 2001, 2037, 2046; 2017, 2, maddə 146; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 564-VQD nömrəli, 14 aprel tarixli 618-VQD nömrəli, 25 aprel tarixli 640-VQD və 645-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
 
1. 176.2-ci maddədə “(ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi hesab-fakturası istisna olmaqla)” sözləri “(əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, ticarət festivalları dövründə isə bütün fiziki şəxslərə ƏDV-nin qaytarılması şərtilə təqdim edilən elektron vergi hesab-fakturası istisna olmaqla )” sözləri ilə əvəz edilsin.
 
2. Aşağıdakı məzmunda 176.2-2-ci maddə əlavə edilsin:
 
“176.2-2. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
 
 
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 13 iyun 2017-ci il.
N 745-VQD



Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.