Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Ədalət mühakiməsinin rəsmi embleminin təsviri ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 4, II kitab, maddə 251, 5, maddə 323, 12, maddə 835; 2001, 1, maddə 24, 7, maddə 455; 2002, 1, maddə 9, 5, maddələr 236, 248, 258, 6, maddə 326, 8, maddə 465; 2003, 6, maddələr 276, 279, 8, maddələr 424, 425, 12, I kitab, maddə 676; 2004, 1, maddə 10, 4, maddə 200, 5, maddə 321, 8, maddə 598, 10, maddə 762, 11, maddə 900; 2005, 1, maddə 3, 6, maddə 462, 7, maddə 575, 10, maddə 904, 11, maddə 994; 2006, 2, maddələr 71, 72, 75, 5, maddə 390, 12, maddələr 1008, 1020, 1028; 2007, 2, maddə 68, 5, maddə 398, 6, maddələr 560, 562, 579, 8, maddə 757, 10, maddələr 937, 941, 11, maddələr 1049, 1080, 1090, 12, maddə 1221; 2008, 6, maddələr 454, 461, 7, maddə 602, 10, maddə 884, 12, maddələr 1047, 1049; 2009, 5, maddə 315, 7, maddə 517, 12, maddə 953; 2010, 2, maddə 70, 3, maddələr 171, 178, 4, maddələr 275, 276, 7, maddə 591; 2011, 4, maddə 253, 6, maddə 472, 7, maddələr 587, 601, 621, 11, maddə 980, 12, maddə 1093; 2012, 2, maddə 45, 3, maddələr 193, 196, 7, maddələr 666, 669, 673, 11, maddə 1068, 12, maddə 1223; 2013, 1, maddə 14, 2, maddə 102, 4, maddə 364, 5, maddələr 459, 479, 481, 6, maddələr 594, 600, 11, maddələr 1264, 1286, 1312, 12, maddə 1492; 2014, 2, maddələr 89, 95, 4, maddə 327, 6, maddələr 618, 622; 2015, 4, maddələr 339, 359, 368, 5, maddələr 504, 508, 510, 6, maddələr 678, 690, 692, 11, maddələr 1253, 1268, 1289, 1298, 12, maddələr 1437, 1445; Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 181-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 18.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır:

18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar;

18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar;

18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar. ;

1.2. 47.3-cü maddənin ikinci cümləsində on iki sözləri səkkiz sözü ilə əvəz edilsin;

1.3. 128-ci maddə üzrə:

1.3.1. sanksiyada üç yüz sözləri beş yüz manatdan min sözləri ilə əvəz edilsin;

1.3.2. maddəyə aşağıdakı məzmunda Qeyd hissəsi əlavə edilsin:

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. ;

1.4. 162.2-ci maddədən ildən beş sözləri çıxarılsın;

1.5. 165-ci maddəyə aşağıdakı məzmunda Qeyd hissəsi əlavə edilsin:

Qeyd:

Bu Məcəllənin 165-166-cı maddələrində xeyli miqdar dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. ;

1.6. 165-1, 165-2, 165-3-cü maddələrin Qeyd hissələri ləğv edilsin;

1.7. 177-ci maddə üzrə:

1.7.1. 177.1-ci maddədə yüz manatdan yeddi yüz sözləri beş yüz manatdan min sözləri ilə əvəz edilsin;

1.7.2. aşağıdakı məzmunda 177.2.5-ci maddə əlavə edilsin:

177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə -

1.7.3. 177.3-cü maddədə altı sözü yeddi sözü ilə əvəz edilsin;

1.7.4. Qeyd hissəsinin 1-ci bəndində 177.1-ci maddəsində sözləri 177.1, 178.1 və 179.1-ci maddələrində sözləri ilə, otuz manatdan min manatadək sözləri yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə sözləri ilə əvəz edilsin;

1.7.5. Qeyd hissəsinin 2-ci bəndində min manatdan yeddi min manatadək olan məbləğ, külli miqdar dedikdə isə yeddi sözləri üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə on sözləri ilə əvəz edilsin;

1.8. 184-cü maddə üzrə:

1.8.1. 184.1-ci maddədə olmadan sözündən sonra xeyli miqdarda sözləri əlavə edilsin;

1.8.2. 184.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.8.3. 184.2.3-cü maddə ləğv edilsin;

1.8.4. 184.2-ci maddənin sanksiyasında beş yüz manatdan sözləri iki min manatdan üç sözləri ilə, bir ildən üç sözləri iki ildən dörd sözləri ilə əvəz edilsin;

1.9. 185-ci maddə üzrə:

1.9.1. 185.1-ci maddədə iki ilədək müddətə islah sözlərindən əvvəl min manatdan iki min manatadək miqdarda cərimə və ya sözləri əlavə edilsin;

1.9.2. 185.2-ci maddədə iki sözündən əvvəl iki min manatdan üç min manatadək miqdarda cərimə və ya sözləri əlavə edilsin;

1.10. 186.1-ci maddədə yüz manatdan beş yüz sözləri min manatdan iki min sözləri ilə əvəz edilsin;

1.11. 189-1.3-cü maddədə 189-1.1-189-1.2-ci sözləri, 189-1.4-cü maddədə və 189-1-ci maddənin Qeyd hissəsində 189-1.1 və 189-1.2-ci sözləri 189-1.1 və ya 189-1.2-ci sözləri ilə əvəz edilsin;

1.12. 190-cı maddə üzrə:

1.12.1. 190.2-ci maddədə min manatdan üç min manatadək sözləri cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək sözləri ilə əvəz edilsin;

1.12.2. Qeyd hissəsi aşağıdakı redaksiyada verilsin:

Bu Məcəllənin 192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 196.1, 197.1, 198.1, 200-2.1, 203.1, 204.2, 205-2.1, 210.1, 211.1 və 212.1-ci maddələrində xeyli miqdar dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 190.2, 192.2.1, 192.2.2, 192-1.3.2, 193.2.1, 193.2.2, 194.2.4, 195.2, 195-1.3, 196.2, 197.2, 198.2, 200-2.3, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələrində külli miqdar dedikdə yüz min manatdan artıq olan mәblәğ başa düşülür. ;

1.13. 192-ci maddə üzrə:

1.13.1. 192.1-ci maddənin dispozisiyasında qeydiyyatına sözündən sonra (vergi uçotuna) sözləri əlavə edilsin;

1.13.2. maddəyə aşağıdakı məzmunda Qeyd hissəsi əlavə edilsin:

Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur. ;

1.14. 192.1, 192-1.1, 192-1.2, 193.1, 195.1, 195-1.1, 196.1 və 210.1-ci maddələrin sanksiyasında iki misli miqdarında sözləri iki mislindən dörd mislinədək miqdarda sözləri ilə əvəz edilsin;

1.15. 192.2, 192-1.3, 193.2, 195.2, 195-1.2, 196.2 və 210.2-ci maddələrin sanksiyasında üç misli miqdarında sözləri üç mislindən beş mislinədək miqdarda sözləri ilə əvəz edilsin;

1.16. 193-cü maddəyə aşağıdakı məzmunda Qeyd hissəsi əlavə edilsin:

Qeyd: Bu Məcəllənin 193.1-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur. ;

1.17. 194.1-1-ci maddədə beş min manatdan yeddi min manatadək sözləri cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək sözləri ilə əvəz edilsin;

1.18. 195-1-ci maddə üzrə:

1.18.1. 195-1.2 və 195-1.3-cü maddələrdə tutma və sözləri tutma və ya sözləri ilə əvəz edilsin;

1.18.2. 195-1.3-cü maddənin sanksiyasında dörd misli miqdarında sözləri dörd mislindən altı mislinədək miqdarda sözləri ilə əvəz edilsin;

1.19. 197-ci maddə üzrə:

1.19.1. 197.1-ci maddədə min manatdan beş min manatadək miqdarda cərimə və ya bir sözləri cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki sözləri ilə əvəz edilsin;

1.19.2. 197.2-ci maddədə iki ilədək müddətə islah işləri sözləri cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə sözləri ilə əvəz edilsin;

1.20. 198-ci maddə üzrə:

1.20.1. 198.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.20.2. 198.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.21. 200-cü maddə üzrə:

1.21.1. 200.3-cü maddədə gizlədilməsi sözündən sonra ehtiyatsızlıqdan sözü əlavə edilsin;

1.21.2. 200.4-cü maddədə Eyni əməllər sözləri Bu Məcəllənin 200.3-cü maddəsində nəzərdə tutulmuş əməllər sözləri ilə əvəz edilsin;

1.21.3. Qeyd hissəsində qırx manatdan beş yüz manatadək miqdarında, külli miqdar dedikdə beş yüz sözləri yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə üç min sözləri ilə əvəz edilsin;

1.22. 200-2-ci maddə üzrə:

1.22.1. 200-2.1-ci maddədə üç min manatdan beş min manatadək sözləri cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək sözləri ilə əvəz edilsin;

1.22.2. 200-2.3-cü maddədə yeddi min manatdan doqquz min manatadək sözləri cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək sözləri ilə əvəz edilsin;

1.23. 202.2 və 202-1.2-ci maddələrdə beş yüz manatdan min manatadək sözləri cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək sözləri ilə əvəz edilsin;

1.24. 202-2-ci maddə üzrə:

1.24.1. 202-2.1-ci maddədə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək sözləri cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək sözləri ilə əvəz edilsin;

1.24.2. Qeyd hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində sözləri Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsində sözləri ilə əvəz edilsin;

1.25. 203-cü maddə üzrə:

1.25.1. 203.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.25.2. 203.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.26. 203-1.1-ci maddədə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək sözləri cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək sözləri ilə əvəz edilsin;

1.27. 203-1.2-ci maddədə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək sözləri cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək sözləri ilə əvəz edilsin;

1.28. 205-2-ci maddə üzrə:

1.28.1. 205-2.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.28.2. 205-2.2-ci maddənin sanksiyasında yeddi min manat miqdarında sözləri cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda sözləri ilə əvəz edilsin;

1.29. 208-ci maddənin Qeyd hissəsində , külli miqdar dedikdə, otuz min manatdan yuxarı olan məbləğ sözləri yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, külli miqdar dedikdə otuz min manatdan artıq olan məbləği sözləri ilə əvəz edilsin;

1.30. 209-cu maddə üzrə:

1.30.1. 209.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.30.2. 209.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.30.3. Qeyd hissəsinin 1-ci bəndində iki min manatdan, külli miqdar dedikdə, dörd min manatdan yuxarı olan məbləğ sözləri iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləği, külli miqdar dedikdə yüz min manatdan artıq olan məbləği sözləri ilə əvəz edilsin;

1.31. 211-ci maddə üzrə:

1.31.1. 211.1-ci maddənin sanksiyasında iki sözündən əvvəl cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya sözləri əlavə edilsin;

1.31.2. 211.2-ci maddənin sanksiyasında iki sözündən əvvəl cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya sözləri əlavə edilsin;

1.32. 212-ci maddə üzrə:

1.32.1. 212.1-ci maddənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda sözləri cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda sözləri ilə əvəz edilsin;

1.32.2. 212.2-ci maddənin sanksiyasında üç sözündən əvvəl cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya sözləri əlavə edilsin;

1.33. 213-cü maddə üzrə:

1.33.1. 213.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.33.2. 213.2-ci maddənin sanksiyasında üç ilədək sözlərindən əvvəl cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya sözləri əlavə edilsin;

1.33.3. Qeyd hissəsinin 1-ci bəndində iki min manatdan əlli min manatadək olan məbləğ, külli miqdar dedikdə isə əlli min manatdan yuxarı sözləri iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə yüz min manatdan artıq sözləri ilə əvəz edilsin;

1.34. 213-1-ci maddə üzrə:

1.34.1. 213-1.2-ci maddədə Eyni sözü Bu Məcəllənin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş sözləri ilə əvəz edilsin;

1.34.2. 213-1.4-cü maddədə Eyni sözü Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş sözləri ilə əvəz edilsin;

1.35. 213-3.2-ci maddədən bir il ərzində sözləri çıxarılsın;

1.36. 234.5 və 284.2-ci maddələrdə beş sözü üç sözü ilə əvəz edilsin.

1.37. 240-cı maddə üzrə:

1.37.1. 240.1-ci maddədə və ya zəhərli sözləri çıxarılsın;

1.37.2. aşağıdakı məzmunda 240.1-1-ci maddə əlavə edilsin:

240.1-1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma -

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ;

1.37.3. 240.2-ci maddədə Eyni hərəkətlər sözləri Bu Məcəllənin 240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər sözləri ilə, beş sözü altı sözü ilə əvəz edilsin;

1.37.4. 240.3-cü maddədə 240.1 və 240.2-ci maddələrində göstərilən sözləri 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş sözləri ilə əvəz edilsin;

1.38. 308-ci maddənin Qeyd hissəsinin 7-ci bəndində arbitrajların xarici və ya yerli arbitrləri sözləri Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər sözləri ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanun 2016-cı il iyunun 1-dən qüvvəyə minir.

2.2. Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

2.3. Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılır.

2.4. Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 may 2016-cı il

230-VQD




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.