Axtar
az|рус|eng
Qanunvericilik

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 645-VQD
nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş
Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 645-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.     Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılınası ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.     mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.      həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8 (III kitab), maddə 616; 2005, 12, maddə 1099; 2006, 5, maddə 400, 12, maddə 1034; 2007, 4, maddə 323, 12, maddə 1225; 2008, 11, maddə 972; 2009, 3, maddə 163, 4, maddə 226, 10, maddə 780; 2010, 7, maddə 610; 2011, 7, maddə 631; 2013, 7, maddə 805, 11, maddə 1324; 2014, 4, maddə 359, 5, maddə 477, 9, maddə 1027, 10, maddə 1198, 11, maddələr 1390, 1420; 2015, 1, maddə 12, 12, maddə 1454; 2016, 2 (II kitab), maddələr 261, 265, 3, maddə 450, 5, maddə 882, 6, maddələr 1023, 1024, 1042, 1065, 7, maddə 1257, 9, maddə 1464, 11, maddə 1838, 12, maddə 2089) aşağıdakı dəyişikliklər edilsin:

3.1.      aşağıdakı məzmunda 1.1-1, 1.1-2 və 1.1-3-cü bəndlər əlavə edilsin:

“1.1-1. həmin Məcəllənin 22-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş

müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (vergi orqanları işçilərinə münasibətdə) həyata keçirirlər;

1.1-2. həmin Məcəllənin 22-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər;

1.1-3. həmin Əsasnamənin 22-1-ci maddəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və vergi orqanları işçiləri nəzərdə tutulur;”;

3.2.   1.2-ci bənddən “22.2-ci (ikinci cümlədə),” sözləri çıxarılsın.

4. Bu Fərman 2017-ci il mayın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2017-ci il.
N 1356 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.