Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Qanunvericilik

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır: 

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 12, maddə 740; 2002, 12, maddə 706; 2003, 1, maddə 23, 8, maddə 428, 12, I kitab, maddələr 676, 698; 2005, 1, maddə 1, 6, maddə 462, 8, maddə 684, 10, maddələr 873, 905, 12, maddə 1083; 2006, 3, maddələr 223, 225, 6, maddə 481, 12, maddələr 1015, 1029; 2007, 2, maddə 80, 12, maddə 1203; 2008, 3, maddə 158, 6, maddə 462, 7, maddə 602, 12, maddə 1047; 2009, 1, maddə 5, 2, maddə 56, 3, maddə 160, 7, maddə 519, 12, maddə 947; 2010, 4, maddə 276, 6, maddə 485, 10, maddə 840, 11, maddə 939; 2011, 1, maddə 12, 4, maddələr 245, 264, 11, maddə 985, 12, maddə 1100; 2012, 1, maddə 4, 6, maddələr 508, 518, 7, maddə 646, 10, maddə 947, 12, maddələr 1216, 1227, 1229; 2013, 3, maddə 213, 5, maddə 474, 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, 12, maddələr 1485, 1504; 2014, 1, maddə 6, 5, maddə 468, 6, maddələr 603, 605, 7, maddələr 774, 780, 11, maddələr 1345, 1370; 2015, 12, maddə 1432; 2016, 1, maddələr 15, 36, 4, maddə 630, 6, maddə 1014; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 348-VQD nömrəli və 28 oktyabr tarixli 379-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2.0.8-1-ci maddə əlavə edilsin:

“2.0.8-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi;”;

1.2. aşağıdakı məzmunda 20-2-ci maddə əlavə edilsin:

“Maddə 20-2. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

1

2

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə

500 manat

 

Maddə 2. Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2016-cı il.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.