Axtar
az|рус|eng
Qanunvericilik

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8 (III kitab), maddə 616; 2005, 12, maddə 1099; 2006, 5, maddə 400, 12, maddə 1034; 2007, 4, maddə 323, 12, maddə 1225; 2008, 11, maddə 972; 2009, 3, maddə 163, 4, maddə 226, 10, maddə 780; 2010, 7, maddə 610; 2011, 7, maddə 631; 2013, 7, maddə 805, 11, maddə 1324; 2014, 4, maddə 359, 5, maddə 477, 9, maddə 1027, 10, maddə 1198, 11, maddələr 1390, 1420; 2015, 1, maddə 12, 12, maddə 1454; 2016, 2 (I kitab), maddə 261, 3, maddə 450) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.19-cu bənd üzrə:

1.1. “221.4.7-ci maddəsində (hər iki halda)” sözləri “221.4.7-ci maddəsində (ikinci halda)” sözləri ilə əvəz edilsin;

1.2. “, 221.4.13-cü maddəsinin birinci abzasında və ikinci abzasında (birinci halda) maddələrində” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 1.19-1-ci və 1.19-2-ci bəndlər əlavə edilsin:

“1.19-1. həmin Məcəllənin 221.4.7-ci (birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirir;

1.19-2. həmin Məcəllənin 221.4.13-cü maddəsinin birinci abzasında və ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslərə verilmiş "Fərqlənmə nişanı"na münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirir;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.