Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 4, maddə 213; 2001, 3, maddə 143, 6, maddə 362, 11, maddələr 672, 679, 12, maddə 731; 2002, 1, maddə 2, 5, maddə 241, 6, maddə 328; 2003, 1, maddələr 9, 23; 2004, 1, maddə 10, 2, maddə 57, 3, maddə 133, 6, maddə 413, 7, maddə 505, 9, maddə 672, 12, maddə 981; 2005, 3, maddə 151, 4, maddə 278, 7, maddə 560, 10, maddə 874, 11, maddə 1001, 12, maddə 1094; 2006, 3, maddələr 220, 222, 5, maddə 385, 11, maddə 923, 12, maddələr 1004, 1025, 1030; 2007, 5, maddələr 401, 437, 6, maddə 560, 8, maddə 756, 11, maddələr 1049, 1053; 2008, 3, maddə 156, 7, maddələr 600, 602, 10, maddə 887, 11, maddə 960; 2009, 2, maddə 48, 5, maddə 294, 6, maddə 399, 12, maddələr 949, 969; 2010, 2, maddələr 70, 75, 4, maddə 275; 2011, 1, maddə 11, 2, maddələr 70, 71, 6, maddə 464, 7, maddə 598; 2012, 11, maddə 1054; 2013, 2, maddələr 89, 101, 11, maddə 1268; 2014, 2, maddə 92, 10, maddə 1162, 11, maddə 1339, 12, maddə 1527; 2015, 2, maddə 97; Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1188-IVQD nömrəli Qanunu) 1-ci əlavəsi olan “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.3-cü bəndində “bağlanan” sözü “hüquqi qüvvəyə minən” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2015-ci il.
N 1268-IVQD 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.