Axtar
az|рус|eng
Qanunvericilik

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu
  

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 1, maddə 17; 2001, 6, maddə 360, 11, maddələr 676, 683, 12, maddə 736; 2003, 1, maddə 5; 2004, 2, maddə 57, 4, maddə 202; 2006, 12, maddə 1005; 2008, 2, maddə 49, 5, maddə 348, 6, maddə 462; 2010, 11, maddə 939) 18-ci maddəsinin 3-cü hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2015-ci il.

N 1250-IVQD




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.