Axtar
az|рус|eng
Qanunvericilik

“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 
 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 3, maddə 155; 2006, 12, maddə 1005; 2007, 11, maddə 1053; 2008, 6, maddə 462; 2013, 11, maddə 1282) 11-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2015-ci il.
N 1252-IVQD 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.