Axtar
az|рус|eng
Qanunvericilik

"Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 3, maddə 195; 2005-ci il, 11, maddə 1049; 2009, 9, maddə 713; 2013-cü il, 7, maddə 822) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin

“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri
Azərbaycan Respublikasının vergilər naziri. 


Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini 
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri 
Naxçıvan Muxtar Respublikasının vergilər naziri 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2015-ci il.

 

23 noyabr 2005-ci il tarixli, 1115 nömrəli; 17 sentyabr 2009-cu il tarixli, 484 nömrəli;  4 iyul 2013-cü il tarixli, 2991 nömrəli; 2 fevral 2015-ci il tarixli, 1013 nömrəli Sərəncamlara əsasən dəyişikliklərlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.