Axtar
az|рус|eng
Qanunvericilik

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun və Məcəllənin tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:[1]

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsində (hər iki halda), 13.2.52-ci, 13.2.53-cü, 13.2.58-ci, 13.2.59-cu, 23.1.15-4-cü, 27.2-ci, 28.3-cü, 30.4-cü, 50.1.9-cu,67-1.3-cü, 102.1.4-cü, 102.1.17-ci, 102.1.21-ci, 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 122.3-cü, 164.1.8-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.20-ci,164.1.28-ci (birinci və ikinci hallarda), 164.1.35-ci, 165.1.7-ci (hər iki halda), 194.1-1-ci, 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.1-1. həmin Məcəllənin 22-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş

müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (vergi orqanları işçilərinə münasibətdə) həyata keçirirlər;

1.1-2. həmin Məcəllənin 22-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər;

1.1-3.chəmin Əsasnamənin 22-1-ci maddəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və vergi orqanları işçiləri nəzərdə tutulur;

1.2. həmin Məcəllənin 22.2-ci (ikinci cümlədə), 23.1.3-cü, 23.1.15-2-ci, 38.6-cı, 50.7-ci maddələrində, 72.2-ci maddəsinin üçüncü abzasında, 76.2-1-ci (birinci halda), 83.9-cu, 87.4-cü, 98.3-cü, 102.1.14.1-ci, 102.1.14.2-ci, 102.8-ci, 109.3-cü, 109.7-ci, 111.3-cü, 124.4-cü, 164.1.22-ci, 175.1.3-cü, 175.8-ci, 176.3-1-ci, 190.2-ci, 190.5-ci, 194.1-ci, 198.1.1-ci206.1-1-ci (ikinci cümlədə), 206.2-ci,212.6-cı, 212.6.1-ci, 212.6.2-ci, 217.6-cı, 218.5.5-ci və 220.8.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[3]

1.3. həmin Məcəllənin 24.0.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 15.1.15-1-ci, 16.1.10-cu maddələrində, 16.3-cü maddəsinin birinci cümləsində, 20.1-ci, 26.3-cü, 30.4-cü 33.7-ci, 33.7.1-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 33.8.4.7-ci, 33.8.5.5-ci maddələrində, 34.1-ci maddəsinin yeddinci hissəsində və səkkizinci hissəsinin ikinci cümləsində, 34.2-ci, 34.7.2-ci, 34.8-ci, 34.8.3-cü maddələrində, 35.1-ci maddəsinin birinci və ikinci abzasında (ikinci halda), 37.4-cü, 38.5-ci, 39.3-cü, 43.2.4-cü, 43.10-cu, 50.6-cı, 63.2-ci maddələrində, 72.2-ci maddəsinin birinci abzasında, 76.2-ci, 76.2-1-ci (ikinci halda), 85.9-cu, 85.11-ci, 85.16-cı (birinci halda), 87.2-ci, 89.3-cü, 89.13.2-ci, 89.13.3-cü maddələrində, 90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda), 150.3.3-cü,150.3-1-ci, 150.3-2-ci, 157.1-ci, 157.2-ci, 169.5-ci, 169.7-ci, 192.1-ci, 194.2.1-ci, 212.3-cü, 212.5-ci (ikinci və üçüncü halda), 218.3-cü (birinci cümlədə), 221.3.1-ci, 221.4.6-cı, 221.4.10-cu (ikinci halda), 221.5-ci maddələrində və 221.4.13-cü maddəsinin ikinci abzasında (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;[4]

həmin Məcəllənin 34.1-ci, 34.2-ci, 72.2-ci, 157.1-ci və 192.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;[5]

1.5. həmin Məcəllənin 33.7.9-cu (ikinci və üçüncü halda), 85.16-cı (ikinci halda), 158.2-ci, 176.2-ci və 195.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;[6]

1.6. həmin Məcəllənin 32.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;

1.7. həmin Məcəllənin 30.6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş müvafiq dövlət orqanları həyata keçirirlər;

1.8. həmin Məcəllənin 33.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vəNaxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, onların rayon (şəhər) qeydiyyat şöbələri ,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir.[7]

1.9. həmin Məcəllənin 14.10-cu (hər iki halda) və 220.1-1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;[8]

1.10. həmin Məcəllənin 24.0.7-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

1.11. həmin Məcəllənin 33.8.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

1.12. həmin Məcəllənin 35.1-ci maddəsinin ikinci abzasında (birinci halda) və 35.4-cü maddəsinin ikinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

1.13. həmin Məcəllənin 89.15-ci maddəsinin birinci abzasında (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 16 may tarixli 878-IQ nömrəli Qanunu ilə müəyyən edilmiş özəlləşdirilməsi qadağan olan əmlaka və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 2.2-ci bölməsində nəzərdə tutulmuş müəssisə və obyektlərə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, 2.3-cü bölməsində nəzərdə tutulmuş müəssisə və obyektlərə münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;

1.14. həmin Məcəllənin 89.15-ci maddəsinin birinci abzasında (ikinci halda) və ikinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;[9]

1.15. həmin Məcəllənin 102.1.13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanındaQiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;[10]

1.16. həmin Məcəllənin 102.1.14.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.17. həmin Məcəllənin 194.2.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin iştirakı ilə həyata keçirir;[11]

1.18. həmin Məcəllənin 212.2-ci və 212.5-ci (birinci halda), 220.7-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;[12]

1.19. həmin Məcəllənin 221.4.7-ci maddəsində (ikinci halda), 221.4.8-ci maddəsinin birinci abzasında, 221.4.9-cu, 221.4.10-cu (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;

1.19-1. həmin Məcəllənin 221.4.7-ci (birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirir;

1.19-2. həmin Məcəllənin 221.4.13-cü maddəsinin birinci abzasında və ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslərə verilmiş "Fərqlənmə nişanı"na münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirir;

1.20. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;[13]

1.21. həmin Məcəllənin 164.1.15-ci (ikinci halda) və 164.1.16-cı (ikinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqanhəyata keçirir;[14]

1.22. həmin Məcəllənin 33.3-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;[15]

1.23. həmin Məcəllənin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqan həyata keçirir;[16]

1.24. həmin Məcəllənin 164.1.20-ci maddəsində “qurum” dedikdə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası nəzərdə tutulur;[17]

1.25. həmin Məcəllənin 164.1.23-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;

1.26. həmin Məcəllənin 164.1.26-cı və 164.1.28-ci (üçüncü halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;[18]

1.27. həmin Məcəllənin 164.1.19-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri, silah-sursat idxalına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalara, avadanlıqlara və dəstləşdirici hissələrə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi həyata keçirirlər;[19]

1.28. həmin Məcəllənin 13.2.59-cu maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;[20]

1.29. həmin Məcəllənin 164.1.28-ci və 165.1.7-ci maddələrində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur;[21]

1.30. həmin Məcəllənin 206.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə həyata keçirir.[22]

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.6-cı maddəsində nəzərdə tutulmuş malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulmuş vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondundan istifadə qaydalarını təsdiq etsin;[23]

həmin Məcəllənin 23.1.3-cü maddəsində nəzərdə tutulmuş xronometraj metodu ilə müşahidə aparılmasının qaydalarını təsdiq etsin;[24]

həmin Məcəllənin 23.1.13-cü maddəsində nəzərdə tutulmuş məsul saxlamanın qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 28.1-ci və 28.2-ci maddələrində nəzərdə tutulmuş vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin verilməsi, həmin rütbələrdən məhrum edilməsi və xüsusi rütbələrlə bağlı digər məsələlərə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanlarının nümunələrini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 30.4-cü maddəsində nəzərdə tutulmuş kommersiya (vergi) sirrini təşkil edən məlumatları müəyyən edən dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin siyahısını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

kommersiya sirri ilə bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 34.7-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi qaydasını təsdiq etsin;

həmin Məcəllənin 34.8-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicisinin vahid dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulmuş səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən maliyyə sanksiyalarının alınması qaydaların layihəsini hazırlayıb təsdiq olunmaq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi şəxslərdən vergilər üzrə borcların və faizlərin alınması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş birbaşa və dolayı qiymətləndirmə metodlarının tətbiq edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyicisi tərəfindən verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının verilmədiyi hallarda verginin əlaqəli məlumata əsasən hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 83.9-cu maddəsində nəzərdə tutulmuş xarici hüquqi şəxsin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 85.9-cu maddəsində nəzərdə tutulmuş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 87.4-cü maddəsində nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 90.3-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərraclarda satılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 102.1.14-cü maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin gəlir vergisindən azad olunan kompensasiya xarakterli ödəmələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 102.8-ci maddəsində nəzərdə tutulmuş əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısını təsdiq etsin;

həmin Məcəllənin 109.7-ci maddəsində nəzərdə tutulmuş ezamiyyə xərclərinin normalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 114.2-ci maddəsində nəzərdə tutulmuş köhnəlməyə məruz qalmayan aktivlərin siyahısını təsdiq etsin;

həmin Məcəllənin 115.3-cü maddəsində nəzərdə tutulmuş icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş ümumi qaydalara əsasən vergitutma bazasının müəyyənləşdirilməsi çətin olan sahələr üzrə əlavə dəyər vergisinin hesablanması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Məcəllənin 190.1-ci maddəsində nəzərdə tutulmuş aksizli mallar üçün aksizlərin dərəcələrini təsdiq etsin;

həmin Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 200.1-ci maddəsində nəzərdə tutulmuş binalar üzrə əmlak vergisinin hesablanması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; [25]

həmin Məcəllənin 206.2-ci maddəsində nəzərdə tutulmuş kadastr qiymət rayonları və ona daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirib təsdiq etsin;

həmin Məcəllənin 217.6-cı maddəsində nəzərdə tutulmuş hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma normativlərini təsdiq etsin;

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin təbliği, onun tətbiqi ilə bağlı hazırlıq işlərinin aparılması və vergi orqanları işçilərinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlığının təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirsin;

Azərbaycan Respublikasının Vergi Məcəlləsindən irəli gələn digər məsələləri öz səlahiyyətləri çərçivəsində həll etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bir ay müddətində:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.3-cü maddəsində nəzərdə tutulmuş vergi yoxlaması aktının formasını və onun tərtib edilməsinə dair tələbləri təsdiq etsin;

həmin Məcəllənin 34.1-ci və 34.2-ci maddələrində müvafiq olaraq nəzərdə tutulmuş vergi ödəyicisinin uçota alınmaq üçün ərizəsinin və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin formalarını, 72.2-ci maddəsində nəzərdə tutulmuş vergi hesabatının formasını, 157.1-ci maddəsində nəzərdə tutulmuş əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyat haqqında ərizənin formasını, 157.2-ci maddəsində nəzərdə tutulmuş əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;

vergitutma sahəsində normativ hüquqi aktlarının vaxtında vergi ödəyicilərinə çatdırılması və onlara vergi qanunvericiliyi ilə bağlı məsləhətlərin verilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bir ay müddətində həmin Məcəllənin 176.2-ci və 195.2-ci maddələrində nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər üzrə hesab-fakturaların formalarını təsdiq etsin.

 

Azərbaycan Respublikasının Prezidenti    HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 30 avqust 2000-ci il

                    393

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il, 292)

2.       12 may 2006-cı il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 400)

3.       12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1034)

4.       11 aprel 2007-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 4, maddə 323)

5.       14 dekabr 2007-ci il tarixli 675 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 12, maddə 1225)

6.       11 noyabr 2008-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 noyabr 2008-ci il, 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 972)

7.       5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  6 mart 2009-cu il, 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 03, maddə 163)

8.       14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226)

9.       28 oktyabr 2009-cu il tarixli 167 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, 241, , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 780)

10.    2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 610)

11.    5 iyul 2011-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 7 iyul 2011-ci il, 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 631)

12.    23 iyul 2013-cü il tarixli 940 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2013-cü il, 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 07, maddə 805)

13.    15 noyabr 2013-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 noyabr 2013-cü il, 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1324)

14.    11 aprel 2014-cü il tarixli 143 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2014-cü il, 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 359)

15.    14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, 101)

16.    2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027)

17.    31 oktyabr 2014-cü il tarixli 313 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1198)

18.    17 noyabr 2014-cü il tarixli 350 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 noyabr 2014-cü il, 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1390)

19.    26 noyabr 2014-cü il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1420)

20.    10 yanvar 2015-ci il tarixli 436 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 yanvar 2015-ci il, 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 1, maddə 12)

21.    7 dekabr 2015-ci il tarixli 700 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 8 dekabr 2015-ci il, 270)

22.    15 fevral 2016-cı il tarixli 797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, 38)

23.    26 fevral 2016-cı il tarixli 801 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı

24.    10 mart 2016-cı il tarixli 829 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 mart 2016-cı il, 59)

25.    26 may 2016-cı il tarixli 921 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, 114)

26.    1 iyun 2016-cı il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, 121)

27.    1 iyun 2016-cı il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 5 iyun 2016-cı il, 120)

28.    23 iyun 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

29.    23 iyun 2016-cı il tarixli  Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

30.    1 may 2017-ci il tarixli, 1356 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

31.    12 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.