Axtar
az|рус|eng
Qanunvericilik

 

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat 3496
12 yanvar 2010-cu il
Nazir müavini
Toğrul MUSAYEV

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi
Əmr F-01
5 yanvar 2010-cu il
Nazir
Şahin MUSTAFAYEV

Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan Niyyət Sazişinin nümunəvi forması

________________ şəhəri,

«____» ___________ 20___ il

Tərəflər:

1. ___________________________________________________________________________

Hüquqi ya fiziki şəxs

2. ___________________________________________________________________________

Xüsusi iqtisadi zonanın operatoru

«Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq,

xüsusi iqtisadi zonaya sərmayə qoymaq imkanlarının mövcudluğunu,

xüsusi iqtisadi zonanın inkişaf etdirilməsinin zəruriliyini,

hüquqi və fiziki şəxslərlə xüsusi iqtisadi zonanın operatoru arasında əməkdaşlıq və anlaşma münasibətlərinin qurulması niyyətini nəzərə alaraq,

razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən bu Niyyət sazişini bağlamışlar.

1. Əməkdaşlıq istiqamətləri

1. Tərəflər yuxarıda göstərilən məqsədlərin reallaşdırılması üçün aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəlmişlər:

1.1. xüsusi iqtisadi zonanın inkişaf etdirilməsi üçün birgə səy göstərilməsi;

1.2. sahibkarlıq fəaliyyətinin aparılması məqsədi ilə xüsusi iqtisadi zonanın rezidenti olacaq _____________________________________________ ilə operator arasında müvafiq sazişin imzalanması;

1.3. aşağıda qeyd olunmuş sahələrdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi;

1.3.1. ___________________________________________________________________;

1.3.2. ___________________________________________________________________;

1.3.3. ___________________________________________________________________;

1.4. aşağıda qeyd olunmuş normativ hüquqi aktlara və sənədlərə əməl etmələrinin təmin edilməsi:

1.4.1. «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikası Qanununa;

1.4.2. xüsusi iqtisadi zonanın xüsusi hüquqi rejimini tənzimləyən digər normativ hüquqi aktlara;

1.4.3. bu niyyət sazişinin şərtlərinə;

1.5. qarşılıqlı işgüzar informasiya mübadiləsini həyata keçirməsi;

1.6. xüsusi iqtisadi zonada fəaliyyəti və onun inkişaf etdirilməsi zamanı yaranan çatışmazlıqların aradan qaldırılması istiqamətində birgə səylərin göstərilməsi;

1.7. xüsusi iqtisadi zonanın rezidentlərinin öz fəaliyyətlərini mövcud qanunvericilik çərçivəsində həyata keçirməsi üçün köməkliyin göstərilməsi;

1.8. xüsusi iqtisadi zonada qanunvericiliklə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olmaq və xüsusi hüquqi rejim çərçivəsində təmin olunan güzəştlərdən istifadə etmək;

1.9. vergi, gömrük və digər qanunvericilik aktlarına, habelə «Xüsusi iqtisadi zonalar haqqında» Qanuna müvafiq olaraq müəyyən edilmiş hesabatların tərtib edilməsi sahəsində fikir mübadiləsi aparılması.

2. Əməkdaşlıq formaları

2. Göstərilən istiqamətlərdə əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilə bilər:

2.1. xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyəti və onun inkişaf etdirilməsi sahəsində qarşılıqlı informasiya mübadiləsi aparmaq və məsləhətləşmələr keçirmək;

2.2. xüsusi iqtisadi zonanın inkişaf etdirilməsi üçün zəruri infrastruktur yaratmaq, obyektlərin və xidmətlərin təmin edilməsi üçün işlər görmək və ona nəzarətin həyata keçirilməsinə dair metodiki vəsaitlər nəşr etmək.

3. Mübahisələrin həlli

3.1. Müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir.

3.2. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının iqtisad məhkəmələrində baxılır.

4. Əlavə müddəalar

4.1. Bu Niyyət sazişi imzalandığı gündən qüvvəyə minir.

4.2. Niyyət sazişin müddəti xüsusi iqtisadi zonanın fəaliyyət müddətinə uyğun olaraq müəyyən edilir.

4.3. Tərəflərdən birinin Niyyət sazişində müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiyi və ya tərəflərdən birinin fəaliyyəti rəsmi olaraq dayandırıldığı halda digərinə məlumat verməklə, Niyyət sazişinin qüvvəsi müəyyən edilmiş müddətdən əvvəl bitmiş hesab olunur.

4.4. Bu niyyət sazişinə qarşılıqlı razılaşma əsasında əlavələr edilə bilər.

4.5. Niyyət sazişinə edilmiş əlavələr protokolla rəsmiləşdirilir.

5. Niyyət sazişinin dili

5.1. Bu Niyyət sazişi Azərbaycan dilində, lazım olarsa tərəflər üçün məqbul sayılacaq dildə olmaqla, eyni qüvvəyə malik ______ nüsxədə tərtib olunur. Onlardan ______ nüsxə Operatorda, _______ nüsxə Rezidentdə qalır. Bu sazişin təfsirində fikir ayrılığı olduğu təqdirdə, tərəflər Azərbaycan dilindəki sazişin mətnini əsas götürəcəklər.

6. Tərəflərin rekvizitləri

Hüquqi və ya fiziki şəxs

Xüsusi iqtisadi zonanın operatoru

Adı:

Hüquqi ünvanı:

VÖEN:

Bank Rekvizitləri:

İmzalayan şəxsin vəzifəsi, adı, atasının adı, soyadı, imzası

M.Y

Adı:

Hüquqi ünvanı:

VÖEN:

Bank Rekvizitləri:

İmzalayan şəxsin vəzifəsi, adı, atasının adı, soyadı, imzası

M.Y




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.