Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 dekabr tarixli 135 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə müvafiq qaydada bu qərarın 1-3 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.[1]

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri bu qərarın 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin.

3. Bu qərarın əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə maaşlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, vergi orqanları işçilərinin vəzifə maaşlarının artırılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı müvafiq qərar qəbul etsin.

6. Azərbaycan Respublikası vergi orqanlarının bəzi məsələləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 219 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 11, maddə 1046; 2011, 7, maddə 748) 1-5-ci hissələri ləğv edilsin.

7. Bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

 

Bakı şəhəri, 4 fevral 2014-cü il

32

 


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 6 mart

tarixli 77 nömrəli qərarına

1 nömrəli əlavə[2]

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

Aparatının işçilərinin aylıq vəzifə maaşları

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Aparatın rəhbəri

1010

Aparatın rəhbərinin müavini

940

Departamentin baş direktoru, təminedici idarənin və şöbənin (mərkəzin) direktoru

890

Departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun birinci müavini

770

Departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun müavini, yardımçı idarənin və şöbənin (mərkəzin) direktoru

760

Departamentin, təminedici idarənin tərkibində olan idarənin direktoru, şöbənin rəhbəri

750

Nazirin müşaviri, nazirin köməkçisi

730

Departamentin, təminedici idarənin tərkibində olan idarənin direktorunun və şöbənin rəhbərinin müavini, yardımçı idarə və şöbənin (mərkəzin) direktorunun müavini

710

Baş mühasib, bölmə direktoru (rəhbəri), yardımçı idarənin tərkibində olan şöbənin rəhbəri, departamentin tərkibində olan idarənin tərkibindəki şöbənin rəhbəri

620

Baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, mətbuat katibi

540

Böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçı

530

Aparıcı mütəxəssis, aparıcı iqtisadçı

520

Dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas, mühasib

510

 


 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Orqanın baş direktoru

550

Orqanın baş direktorunun birinci müavini

440

Orqanın baş direktorunun müavini

420

İdarənin direktoru (rəisi), şöbənin rəhbəri (rəisi)

350

İdarə direktorunun (rəisinin), şöbə rəhbərinin (rəisinin) müavini

330

Bölmə rəhbəri (rəisi), baş mühasib, idarənin tərkibində olan şöbənin rəhbəri (rəisi)

325

Baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş müvəkkil, baş kriminalist, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, idarənin tərkibində olan şöbə rəhbərinin (rəisinin) müavini

320

Böyük dövlət vergi müfəttişi, böyük iqtisadçı, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, böyük kriminalist, xüsusilə mühüm işlər üzrə müstəntiq

315

Dövlət vergi müfəttişi, iqtisadçı, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist, kriminalist

310

Aparatın rəhbəri

Ağa-Bala Hacıyev


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 6 mart

tarixli 77 nömrəli qərarına

2 nömrəli əlavə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

 

 

 

 

(manatla)

Vəzifələrin adı

Bakı şəhəri üzrə

Gəncə, Sumqayıt şəhərləri üzrə

Ərazi vergi departamentləri, idarələri və filialları üzrə

Şəhər, rayon şöbələri üzrə

Vergi orqanının baş direktoru (direktoru)

540

530

520

500

Vergi orqanının baş direktorunun (direktorunun) birinci müavini

430

420

410

390

Vergi orqanının baş direktorunun (direktorunun) müavini

400

390

380

360

Vergi orqanının tərkibində idarənin direktoru, şöbənin rəhbəri

345

340

335

325

Vergi orqanının tərkibində idarənin direktorunun, şöbənin rəhbərinin müavini

325

320

315

305

Vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbənin, bölmənin rəhbəri, baş mühasib

320

315

310

300


Baş mütəxəssis, baş dövlət vergi müfəttişi, baş təhqiqatçı, baş hüquqşünas, vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəhbərinin müavini

315

310

305

295

 

Böyük dövlət vergi müfəttişi, aparıcı mütəxəssis, böyük mütəxəssis, böyük mühasib, böyük təhqiqatçı, böyük hüquqşünas

310

305

300

290

 

Dövlət vergi müfəttişi, mütəxəssis, təhqiqatçı, hüquqşünas, mühasib

305

300

295

285

 

Aparatın rəhbəri

 

 

Ağa-Bala Hacıyev

 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarına
3 nömrəli əlavə

 

Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Arxiv müdiri, sürücü

220

İnspektor (müfəttiş), təsərrüfat və anbar müdiri, operator, katibə-teleqrafçı, dispetçer, komendant, texnik, rabitəçi

210

Kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı, katib (katibə)

205

Kuryer

200

Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti

155

Aparatın rəhbəri Ağa-Bala HACIYEV

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarına

4 nömrəli əlavə

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin

işçilərinin aylıq vəzifə maaşları

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Tədris Mərkəzinin rəisi

890

Tədris Mərkəzi rəisinin 1-ci müavini

770

Tədris Mərkəzi rəisinin müavini

760

Kafedra müdiri, şöbə rəisi

750

Bölmə rəisi, baş mühasib

620

Dosent, baş elmi işçi, baş müəllim, baş iqtisadçı, baş mütəxəssis

540

Elmi işçi, aparıcı mütəxəssis

520

Müəllim, mütəxəssis

510

Xəzinədar

210

Aparatın rəhbəri Ağa-Bala HACIYEV

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

06 mart 2017-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 477) 30 mart 2018-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 30 mart 2018-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-5-ci hissələr ləğv edilmişdir.

 

[2] 06 mart 2017-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 477) ilə 1 və 2 nömrəli əlavələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarına
1 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

aparatının işçilərinin aylıq vəzifə maaşları

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Aparatın rəhbəri

1010

Aparatın rəhbərinin müavini

940

Baş idarənin, təminedici idarənin və şöbənin rəisi

890

Baş idarənin, təminedici idarənin və şöbənin rəisinin 1-ci müavini

770

Baş idarənin, təminedici idarənin və şöbənin rəisinin müavini, yardımçı idarənin və şöbənin rəisi

760

Baş idarənin, təminedici idarənin tərkibində olan idarə, şöbə rəisi

750

Nazirin müşaviri, nazirin köməkçisi

730

Baş idarənin, təminedici idarənin tərkibində olan idarə və şöbənin rəisinin müavini, yardımçı idarə və şöbənin rəisinin müavini

710

Baş mühasib, bölmə rəisi, yardımçı idarənin tərkibində olan şöbənin rəisi, baş idarənin tərkibində olan idarənin tərkibindəki şöbənin rəisi

620

Baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, mətbuat katibi

540

Böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçı

530

Aparıcı mütəxəssis, aparıcı iqtisadçı

520

Dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas, mühasib

510

 


 

Azərbaycan Respublikası Vergilər Nazirliyi

yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1

2

Orqanın rəhbəri

550

Orqanın rəhbərinin birinci müavini

440

Orqanın rəhbərinin müavini

420

İdarənin, şöbənin rəisi

350

İdarə, şöbə rəisinin müavini

330

Bölmə rəisi, baş mühasib, idarənin tərkibində olan şöbənin rəisi

325

Baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş müvəkkil, baş kriminalist, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, idarənin tərkibində olan şöbə rəisinin müavini

320

Böyük dövlət vergi müfəttişi, böyük iqtisadçı, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, böyük kriminalist, xüsusilə mühüm işlər üzrə müstəntiq

315

Dövlət vergi müfəttişi, iqtisadçı, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist, kriminalist

310

Aparatın rəhbəri Ağa-Bala HACIYEV

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarına
2 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanları

işçilərinin aylıq vəzifə maaşları

 

 

 

 

 

(manatla)

Vəzifələrin adı

Bakı şəhəri üzrə

Gəncə, Sumqayıt şəhərləri üzrə

Ərazi vergi departamentləri, idarələri və filialları üzrə

Şəhər, rayon şöbələri üzrə

Vergi orqanının rəhbəri

540

530

520

500

Vergi orqanı rəhbərinin birinci müavini

430

420

410

390

Vergi orqanı rəhbərinin müavini

400

390

380

360

Vergi orqanının tərkibindo idarə rəisi, şöbə rəisi

345

340

335

325

Vergi orqanının tərkibində idarə, şöbə rəisinin müavini

325

320

315

305

Vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəisi, bölmə rəisi, baş mühasib

320

315

310

300

Baş mütəxəssis, baş dövlət vergi müfəttişi, baş təhqiqatçı, baş hüquqşünas, baş idarənin, vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəisinin müavini

315

310

305

295

Böüyk dövlət vergi müfəttişi, aparıcı mütəxəssis, böyük mütəxəssis, böyük mühasib, böyük təhqiqatçı, böyük hüquqşünas

310

305

300

290

Dövlət vergi müfəttişi, mütəxəssis, təhqiqatçı, hüquqşünas, mühasib

305

300

295

285

 

 

Aparatın rəhbəri Ağa-Bala HACIYEV

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.