Axtar
az|рус|eng
Qanunvericilik

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

33

Bakı şəhəri, 4 fevral 2014-cü il
Azərbaycan Respublikası Vergilər Nazirliyinin
ştat sayı haqqında

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin 15.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ümunıi ştat sayı 200 vahid artırılaraq cəmi 2319 vahid, cümlədən, aparatının ştat sayı 72 vahid artırılaraq cəmi 334 vahid müəyyən edilsin.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

  3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri  
Artur Rasi-zadə




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.