Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1

Azərbaycan Respublikasının Vergi Məcəlləsi təsdiq edilsin.

Maddə 2

Azərbaycan Respublikasının Vergi Məcəlləsi 2001-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin XI fəslinin müddəaları ümumtəhsil və peşə-ixtisas proqramları üzrə təhsil müəssisələrinin göstərdiyi pullu xidmətlərə 2001-ci il sentyabrın 1-dən tətbiq edilir

Maddə 3

3.1. Aşağıdakı qanunlar və qərarlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin qüvvəyə mindiyi gündən qüvvədən düşmüş hesab edilsin:

3.0.1. «Əlavə dəyər vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, 24, maddə 476; 1992-ci il, 10, maddə 281; 15, maddə 639; 20, maddə 878; 24, maddə 1055; 1994-cü il, 9, maddə 97; 18, maddə 248; 1995-ci il, 3-4, maddə 52; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 4, maddə 282; 6, maddə 457; 1998-ci il, 1, maddə 16; 6, maddə 373; 11, maddə 646; 1999-cu il, 1, maddə 7; 4, maddə 217; 12, maddə 660);

3.0.2. «Aksizlər haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, 24, maddə 477; 1994-cü il 16, maddə 215, 217; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 3, maddə 185; 1998-ci il, 2, maddə 81);

3.0.3. «Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 12, maddə 451; 1994-cü il, 9, maddə 97; 1995-ci il, 14, maddə 241; 22, maddə 355; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 2, maddə 91; 4, maddə 282; 6, maddə 496; 1998-ci il, 6, maddə 372; 1999-cu il, 1, maddə 3; 4, maddə 217; 12, maddə 659);

3.0.4. «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 15, maddə 623; 1994-cü il, 9, maddə 97; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 3, maddə 174; 6, maddə 457; 1998-ci il, 2, maddə 82; 1999-cu il, 1, maddə 5; 7, maddə 407);

3.0.5. «Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin intizam məsuliyyəti haqqında Nizamnamə barədə» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı,1992-ci il, 18, maddə 802);

3.0.6. «Dövlət yol fondu haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, 5-6, maddə 49; 13-14, maddə 167; 1995-ci il, 17-18, maddə 280; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 500; 1999-cu il, 4, maddə 217; 5, maddə 290; 11, maddə 610);

3.0.7. «Mədən vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, 8, maddə 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 4, maddə 282);

3.0.8. «Əmlak vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, 13, maddə 226; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 4, maddə 282; 1999-cu il, 4, maddə 217; 12, maddə 661);

3.0.9. «Torpaq vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 4, maddə 281);

3.0.10. «Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 4, maddə 285; 5, maddə 404; 1998-ci il, 6, maddə 373; 1999-cu il, 1, maddə 4; 5, maddə 294; 11, maddə 608);

3.0.11. «Fiziki şəxslərdən gəlir vergisi tutulmasının qaydasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, 11, maddə 204);

3.0.12. «Mədən vergisi tutulan faydalı qazıntıların siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, 11, maddə 209).

Maddə 4

4.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi sisteminə daxil olan, lakin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olmayan normativ hüquqi aktlar (onların müvafiq hissələri va ya müddəaları), habelə vergi normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlar (onların müvafiq hissələri va ya müddəaları) həmin Məcəlləyə uyğunlaşdırılanadək tətbiq edilə bilməz.

4.2. Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 11 iyul 2000-ci il.

905-IQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (01 sentyabr 2000-ci il, 199).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, 8, 1-ci kitab, maddə 583).

14 may 2002-ci il tarixli 322-IIQD nömrəli qanuna əsasən əlavələr və dəyişikliklərlə.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.