2018-ci ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə
Y A D D A Ş
2018-ci ilin noyabr ayına görəvergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları
- Əlavə dəyər vergisi bəyannaməsi,
- Aksiz bəyannaməsi,
- Yol vergisi bəyannaməsi,
- Mədən vergisi bəyannaməsi,
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
- Muzdlu işlə əlaqədar 2018-ci ilin noyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübü üzrə bəyannaməni növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).
- Xüsusi notariusların 2018-ci ilin noyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 4-cü rübü üzrə bəyannamə növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).
Qeyd: 20.01.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2019-cu il tarixə keçirilmişdir.
|