Axtar
az|рус|eng
Xəbərlər


2018-ci ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş
 

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2018-ci ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr iyul ayının 16-dan gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

2018-ci ilin iyun ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

 

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

 

2018-ci ilin 2-ci rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

 

  • Cari ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)

   cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və iyun ayı üzrə hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər).

 

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və iyun ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

 

  • Dövlət rüsumu haqqında hesabat

cari ilin iyul ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü,  xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

  

***

Gəlir və mənfəət vergisi üzrəcari vergi ödəmələrinin son müddəti qeyr-iş günü ilə əlaqədar iyul ayının 15-dən 16-na keçirilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.