Axtar
az|рус|eng
Xəbərlər


Gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinin

NƏZƏRİNƏ!


2017-ci hesabat ilinin yekunlarına görə  

  • Gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini;
  • Mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini;
  • Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini
  • cari ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

Bildiririk ki,  Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən

  • vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;
  • büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
  • vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik. 

Əlavə məlumat üçün “195-1” Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.


Vergilər Nazirliyi

 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.