Axtar
az|рус|eng
Xəbərlər

 

SADƏLƏŞDİRİLMİŞ VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ!

 

Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2017-ci ilin 4-cü rübünə görə Sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci ilin yanvar ayının 22-dən (yanvarın 20-si və 21-i qeyri-iş günü olduğuna görə) gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Bəyannamə internet vasitəsi ilə elektron formada və ya kağız daşıyıcıda tərtib olunaraq poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər. Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından bəyannamənin internet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olub, onlayn tərtib edilməklə göndərilməsi daha əlverişlidir. Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən Asan İmza və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulmuşdur.

Bəyannamənin internet vasitəsi ilə göndərilməsi üçün ilk növbədə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az) “GİRİŞ” düyməsi və “Sistemə giriş səhifəsi”nin E-bəyannamə, ƏDV-DH və ŞHValt bölməsi seçilir. Sonra istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (ASAN İmza) məlumatları müvafiq xanalara daxil edilir, açılan pəncərənin “E-bəyannamə” blokundakı “On-line sadələşdirilmiş bəyannamə” alt menyusunda bəyannamə onlayn qaydada tərtib edilir. Daxil edilmiş məlumatlar yoxlanılaraq təsdiq edilməklə bəyannamə vergi orqanına göndərilir. Həmin bölmədə bəyannamənin göndərilməsi barədə “Bildiirş”ə baxmaq və ya çap etmək mümkündür.

2017-ci ilin 4-cü rübü üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 1 nömrəli Əlavə ilə birlikdə, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istidadə edilən 1-dən artıq təsərrüfat subyekti (obyekti) olduqda 3 nömrəli Əlavə ilə birlikdə tərtib edilərək vergi orqanına göndərilir.

1 nömrəli Əlavə aparılmış illik uçot məlumatlarına uyğun olaraq aktivlərin və kapital və öhdəliklərin hərəkəti (mədaxili, məxarici), hesabat ilinin əvvəlinə və sonuna olan dəyəri əks etdirilməklə tərtib edilir.

Nəzərə almaq lazımdır ki, həmin Əlavənin “Cəmi aktivlər” və Cəmi kapital və öhdəliklər sətirlərinin “Hesabat dövrünün əvvəlinə” və Hesabat  dövrünün sonuna” sütunlarındakı rəqəmlər bərabər olmalıdır.

3 nömrəli Əlavədə təsərrüfat subyektlərinin (obyektlərinin) adı, onların yerləşdiyi ünvan üzrə vergi uçotunda olmasını təsdiq edən 15 rəqəmli kod, qeydiyyat sənədlərinə əsasən yerləşdiyi ünvan, əsas və əlavə sahələri, fəaliyyət sahəsi üzrə təsnifatı, fəaliyyət növünün kodu və adı, obyekt üzrə muzdlu işlə əlaqədar gəlir əldə etmiş işçilərin, o cümlədən müvəqqəti işçilərin sayı, obyekt üzrə hesabat dövrü ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri və həmin mallara (iş, xidmətlərə) görə əldə edilmiş hasilatın ümumi məbləği barədə məlumatlar əks etdirilir.

Sadələşdirilmiş verginin bəyannaməsinin və onun əlavələrinin tərtib edilmə qaydası barədə ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytının “Faydalı” bölməsinin “Sadələşdirilmiş verginin ödəyiciləri üçün Praktiki Vəsait” alt bölməsində və Vergilər Nazirliyinin YouTube video-hostinqindəki kanalında yerləşdirilmiş video təlimatlar ilə tanış ola bilərsiniz.

(https://www.youtube.com/watch?v=3nIeIrGgdP0&feature=youtu.be)

(https://www.youtube.com/watch?v=nIdnufbA2KQ).

Hər hansı səbəbdən byannamənin elektron formada göndərilməsi mümkün olmadıqda bəyannamə forması Nazirliyin rəsmi internet saytının “Bəyannamə” bölməsindən əldə etməklə kağız daşıyıcıda tərtib edilərək poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər.

Maliyyə itkilərinə məruz qalmamaq üçün vergi bəyanaməsini vaxtında və düzgün tərtib edərək vergi orqanına təqdim edilməsi Sizə tövsiyə olunur.

Əlavə məlumat üçün “195-1” Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

                                                                                                              

Vergilər Nazirliyi






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.