Axtar
az|рус|eng
Xəbərlər

 

2017-ci ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2017-ci ilin oktyabr ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

 

    • Əlavə dəyər vergisi bəyannaməsi,
    • Aksiz bəyannaməsi,
    • Yol vergisi bəyannaməsi,
    • Mədən vergisi bəyannaməsi,
    • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
    • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

     

    cari ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

     

    • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin noyabr ayının 20-dən gec olmayaraq alqı-satqı müqaviləsini təsdiqləyən notarius tərəfindən vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

     

    • Muzdlu işlə əlaqədar 2017-ci ilin oktyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 4-cü rüb üzrə bəyannaməni yanvar ayının 22-dən gec olmayaraq təqdim edirlər).

     

    • Xüsusi notariusların 2017-ci ilin oktyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (4-cü rüb üzrə bəyannamə yanvar ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

     

    Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

     

    • 2017-ci il üzrə hesablanmış Torpaq vergisinin yarısını cari ilin noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

     

    • 2017-ci ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

     

    ***

    Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

     

    Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.


 

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.