Axtar
az|рус|eng
Xəbərlər

 

2017-ci ilin aprel ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

 

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini, 
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini, 
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və 
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 

 

cari ilin may ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

 

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsini cari ilin may ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməldirlər (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

 

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssislər  

 

  • 2017-ci il üzrə Torpaq vergisinin bəyannaməsini cari ilin may ayının 15-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.
  • 2017-ci ilin 2-ci rübü üzrə əmlak vergisinin cari ödəmələrini cari ilin may ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

 

Vergilər may ayında ödənilir, bəyannamə rüblük olaraq iyulun 20-dən gec olmayaraq təqdim edilir:

 

  • Muzdlu işlə əlaqədar 2017-c ilin aprel ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin may ayının 22-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvarın 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2-ci rüb üzrə bəyannaməni iyulun 20-dən gec olmayaraq təqdim edirlər).

 

  • Xüsusi notariusların 2017-c ilin aprel ayı üzrə hesabladığı gəlir vergisi cari ilin may ayının 22-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2-ci rüb üzrə bəyannamə iyulun 20-dən gec olmayaraq təqdim edilməlidir).

  

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

 


 

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.