Axtar
az|рус|eng
Xəbərlər

 

Vergilər Nazirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsini elan edir.

Müsabiqə seçmə və yekun mərhələdən ibarət olmaqla iki mərhələdə keçiriləcəkdir. Müsabiqənin qaliblərinə (1-ci, 2-ci və 3-cü yerlərə) diplom və hədiyyələr təqdim ediləcəkdir.

Rəsm müsabiqəsində 5-16 yaş, inşa müsabiqəsində isə 9-16 yaş qrupuna aid uşaqlar iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq üçün qeyd olunan yaş qrupları üzrə uşaqlar tərəfindən çəkilmiş rəsmlər və yazılmış inşalar 2017-ci ilin may ayının 12-dək Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş aşağıdakı ünvanlar üzrə vergi orqanı əməkdaşlarına təqdim edilməlidir:

http://www.taxes.gov.az/modul.php?name=terminal&cat=3

Hər iştirakçı yalnız 1 rəsm və ya inşa təqdim edə bilər. Rəsm və ya inşa təqdim edilərkən müsabiqə iştirakçısının adı, soyadı və atasının adı, yaşı, əlaqə nömrəsi, təmsil olunduğu şəhər (rayon), oxuduğu məktəb və sinif ayrıca qeyd edilməlidir.

Müsabiqədə fəal iştirak etməyinizi və müvəffəqiyyət qazanmağınızı arzu edirik!

 

 Azərbaycan Respublikası Vergilər Nazirliyi






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.