Axtar
az|рус|eng
Xəbərlər

AsanDoc proqramı vasitəsi ilə Asan imza istifadəçi İD-sinin dəyişdirilməsi

AsanDoc proqramı yüklədikdən sonra açılan pəncərədə “Ayarlar” bölməsinin “Ümumi” hissəsində “Mobil imza İstifadəçi ID-nin dəyişdirilməsi” seçərək açılan növbəti pəncərədə “İstifadəçi Asan İmza mobil telefon nömrəsi”ni və “1 dəfə cari Asan imza İstifadəçi ID-ni” və “2 dəfə yeni Asan imza İstifadəçi ID-ni” daxil edərək “İstifadəçi ID-nin dəyişdirilməsi” düyməsini seçərək bu xidmətdən istifadə etmək olar.

 

Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməklə Asan imza istifadəçi İD-sinin dəyişdirilməsi

Həftənin iş günləri və iş saatları (09:00-dan 18:00-dək) ərzində, eyni zamanda qeyri-iş saatlarında stasionar (şəhər, kənd) telefonlardan, habelə “Azercell” və “Nar Mobile” nömrələrindən birbaşa “195-1-2” nömrəsini, “Bakcell” nömrələrindən isə “012 195-1-2” nömrəsini yığaraq bu xidmətdən istifadə etmək olar.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.