Axtar
az|рус|eng
Xəbərlər

Vergi borcu barədə məlumatı tez bir zamanda necə əldə etmək mümkündür?

 

1-ci, ən asan üsul: Çağrı Mərkəzinə zəng etməklə 

195 Çağrı Mərkəzinə zəng etdikdən sonra "1" düyməsini seçməklə Vergilər Nazirliyinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq "#" düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız. 

2-ci üsul: İnternet vergi idarəsinə daxil olmaqla 

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə  İnternet vergi idarəsinin (https://login.e-taxes.gov.az/login/) «E-bəyannamə, ƏDV-DH və ŞHV» bölməsinə daxil olur. Burada «Şəxsi Hesab Vərəqəsi» bölməsinə daxil olaraq «Məlumat axtar» alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər. 

3-cü üsul: SMS vasitəsilə

Vergilər Nazirliyinin təqdim etdiyi «İkitərəfli SMS xidməti» xidmətinə qoşulmaqla  (http://www.taxes.gov.az/195sms) vergi öhdəlikləri barədə 21 istiqamətdə, SMS sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat almaq mümkündür. Xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541*121756#yes) yığaraq qeydiyyatdan keçmək lazımdır. 

 

Əgər abunəçisizsə: Qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər. 

Əgər abunəçi deyilsinizsə: Qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq olar: «1» - dövlət büdcəsinə vergi borcu barədə; «2» - təqdim olunmalı bəyannamələr barədə; «3» - fəaliyyətin aktivliyi və ya dayandırılması barədə; «4» - e-qutudakı yeni və ya oxunmuş məktublar barədə və «5» - qeydiyyata alınmış təsərrüfat subyektləri barədə.   







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.