Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Xəbərlər

Azərbaycan Respublikasının vergi sistemi haqqında bəzi məlumatlar 

 

Dövlət vergi siyasətinin əsas hədəfləri:

  • Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasının təmin edilməsi;
  • Ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması;
  • İqtisadiyyata investisiya qoyuluşunun, innovasiya fəaliyyətinin, istehsalın, o cümlədən  ixrac yönümlü istehsalın stimullaşdırılması;
  • Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi;
  • Beynəlxalq təcrübə nəzərə alınmaqla vergitutma bazasının genişləndirilməsi;
  • Gəlir vergisinin dərəcələrinin, güzəşt və azadolmalarının təkmilləşdirilməsi ilə əmək haqqının ödənilməsi sisteminin leqallaşdırılmasına nail olunması;
  • Vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsi;
  • Nağdsız ödənişlərin stimullaşdırılması;
  • Vergi ödəyicilərinə  xidmət sisteminin, o cümlədən elektron xidmətlərin təkmilləşdirilməsi və bununlada könüllü əməletmə səviyyəsinin artırılmasına nail olunması;
  • Vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin genişləndirilməsi;
  • Vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, vergi orqanı və vergi ödəyicisi arasında birbaşa əlaqələrin minimuma endirilməsi.

 

Vergi Məcəlləsində edilmiş və 2016-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş əsas dəyişikliklər:

  • İnvestisiya təşviqi sənədini almış sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azad edilmişdir;
  • ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılmışdır;
  • Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir;
  • Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir;
  • Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən sadələşdirilmiş verginin notariuslar tərəfindən ödəmə mənbəyində tutulmalı olduğu müəyyən edilmişdir;
  • Əsas iş yerində aylıq gəliri 2.500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəşt tətbiq edilmişdir.
 VERGİ YÜKÜ (2015-ci il)
 (Heritage Fondunun məlumatlarına əsasən)
 MƏNFƏƏT VERGİSİNİN DƏRƏCƏLƏRİ  ƏDV-NİN DƏRƏCƏLƏRİ







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.