Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Xəbərlər

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
13 may 2015-ci il tarixli 1517040100655900
nömrəli əmri ilə təsdiq edilmişdir

 

Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı

 Metodiki Vəsait

 

1. Ümumi müddəalar

 

1.1. Bu Metodiki Vəsait Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmışdır.

1.2. Bu Metodiki Vəsait yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı ödəyicilərin və bələdiyyələrin vergi xidməti orqanlarının  hərəkətlərini müəyyən edir. 

 

2. Yerli (bələdiyyə) vergi və ödənişlər

 

2.1. Yerli (bələdiyyə) vergilərə aşağıdakılar aiddir:

2.1.1. fiziki şəxslərin torpaq vergisi;

2.1.2. fiziki şəxslərin əmlak vergisi;

2.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;   

2.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

2.2. Yerli ödənişlərə aşağıdakılar aiddir:

2.2.1. bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;

2.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;

2.2.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;

2.2.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş;

2.2.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. 

2.3. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilərlər.

2.4. Yerli (bələdiyyə) vergilərin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

 

3. Fiziki şəxslərin torpaq vergisi

 

3.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır.

3.2. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir.

3.3. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.

Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar.

Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaqlarının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı və ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır.

Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpaqdan istifadə hüququ daimi, qısamüddətli və uzunmüddətli ola bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə, qısamüddətli - on beş ilədək və uzunmüddətli - on beş ildən doğsan doqquz ilədək müəyyən edilə bilər.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və torpaq vergisi onu istifadəyə götürən şəxslər tərəfindən ödənilir.

Xüsusi mülkiyyətdə olan torpaqlara görə torpaq vergisi onun mülkiyyətçisi tərəfindən ödənildiyi üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən onu istifadəyə götürən şəxslərdən həmin torpağa görə torpaq vergisinin ödənilməsi tələb olunmur.

Torpaq sahələri üzərində hüquqlar onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

3.4. Torpaq vergisinin dərəcələri.

3.4.1. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.

Kənd təsərrüfatı torpaqlarının 1 hektarının şərti balı kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin   “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” 29 dekabr 2000-ci il tarixli 230 -li Qərarı ilə müəyyənləşdirilmişdir. Həmin Qərara əsasən biçənəklər, örüşlər və otlaqlar üçün torpaqlar üzrə şərti bal müvafiq kadastr rayonlarının əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlarının I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti balların 1/10-i miqdarında qəbul edilir.

3.4.2. Kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər torpaqlar üzrə torpaq vergisi torpaq sahəsinin hər 100 kv.metrinə görə aşağıdakı cədvəl 1-də göstərilən dərəcələr tətbiq olunmaqla hesablanılır:

 

Cədvəl 1

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

Yaşayış fondlarının, həyət­yanı sahələrin torpaqları və vətəndaşların bağ sahələ­rinin tutduğu torpaqlar

(manatla)

10000 m²- dək olduqda

10000 m²- dən yuxarı olan hissə üçün

10000 m²- dək olduqda

10000 m²-dən yuxarı olan hissə üçün

Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri

10

20

0,6

1,2

Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri

8

16

0,5

1,0

Digər şəhərlər və rayon mərkəzləri

4

8

0,3

0,6

Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər

2

4

0,1

0,2

 

Cədvəl 1-də göstərilən Abşeron rayonunun qəsəbə və kəndlərinə Xırdalan şəhəri, Qobu, Digah, Güzdək, Aşağı Güzdək, Saray, Hökməli, Ceyranbatan, Mehdiabad qəsəbələri və Masazır, Məmmədli, Novxanı, Goradil, Fatmayı, Pirəkəşkül, Qobustan kəndləri aiddir.

3.5. Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.

Torpaq vergisinin hesablanması zamanı “Yerli (bələdiyyə) büdcəyə torpaq vergisinin hesablanması forması”ndan (bu Metodiki Vəsaitə əlavə 1) və “Yerli (bələdiyyə) büdcəyə torpaq vergisinin hesablanması formasının tərtib edilməsi qaydası”ndan (bu Metodiki Vəsaitə əlavə 2) istifadə edilir.

3.6. Torpaq sahəsi bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikilinin altında olduqda və ya torpaq sahəsi onlara xidmət üçün ayrıldıqda, vergi    onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

3.7. Bələdiyyə tərəfindən hesablanmış torpaq vergisinin məbləği və ödənilmə müddəti barədə “Tədiyə bildirişi” (bu Metodiki Vəsaitə əlavə 5) tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır.

3.8. Torpaq vergisi fiziki şəxslər tərəfindən bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi     müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Torpağın alqı-satqısı üzrə əməliyyatın hansı tarixdə aparılmasından asılı olmayaraq torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi həmin torpağı almış fiziki şəxs tərəfindən ödənilir.

Torpağın alqı-satqısı üzrə əməliyyat 15 avqust və 15 noyabr tarixlərindən sonra aparıldıqda, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilir. 

Torpaq vergisinin hesablanmasına dair misallar:

Misal 1. Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 ha əkin sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 li qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən Kürdəmir rayonuna daxil olan Aran-Şirvan kadastr qiymət rayonunun II keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti bal 75 müəyyən edilmişdir.

Bu halda fiziki şəxsin 2,5 ha torpaq sahəsinə 11,25 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat  x 2,5 ha)  torpaq vergisi hesablanır.

Misal 2. Hacıqabul rayonunun düzən torpağında fiziki şəxs 50 ha otlaq sahəsini istifadəyə götürmüşdür. Muğan-Salyan kadastr qiymət rayonu üzrə Hacıqabulun düzən torpağında 1 ha otlaq sahəsinin şərti balı 9,8 (I keyfiyyət qrupunun şərti balı 98-in 1/10 hissəsi) təşkil edir.

Bu halda fiziki şəxsə 50 ha otlaq sahəsi üçün 29,4 manat (1 ha otlaq sahəsinin şərti balı 9,8 x 0,06 manat  x 50 ha) torpaq vergisi hesablanır.

Misal 3. Goranboy rayonunun tabeliyində olan Dəliməmmədli şəhərində fiziki şəxs 200 kv.metr torpaq sahəsini ticarət-məişət xidmətlərinin göstərilməsi üçün istifadəyə götürmüşdür. Fiziki şəxsə bu sahəyə görə 4 manat (200 kv.metr x 2 manat/100 kv.metr) torpaq vergisi hesablanır.

Misal 4. Bakı şəhərində kommersiya məqsədi üçün istifadə olunan bina 5 fiziki şəxsə məxsusdur. Binanın altında olan torpaq sahəsi 500 kv.metrdir. İki fiziki şəxsin  hər birinə 120 kv.metr, 3-cü şəxsə 100 kv.metr, 4-cü və 5-ci şəxslərin hər birinə 80 kv.metr tikili sahəsi düşür. Birinci 2 nəfərin hər birinin binanın ümumi sahəsindəki payı 24 % (120:500 x100), 3-cü şəxsin payı 20 % (100:500 x100), 4-cü və 5-ci şəxslərin hər birinin payı isə 16 % (80:500 x100) təşkil edir.

Bu halda, binanın altında olan torpaq sahəsinə hesablanmış 50 manat (500 kv.metr x 10 manat/100 kv.metr) torpaq vergisi tikilidəki paylara mütənasib olaraq  birinci 2 nəfərin hər biri üçün 12 manat (50 manat x 24%), 3-cü şəxs üçün 10 manat (50 manat x 20%), 4-cü və 5-ci şəxslərin hər biri üçün 8 manat (50 manat x 16%) məbləğində hesablanır.

Misal 5. Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10500 kv.metr bağ sahəsi vardır. Bağ sahəsinin 10000 kv.metrdən artıq olduğu nəzərə alınaraq torpaq    vergisinin illik məbləği aşağıdakı kimi hesablanır:

torpaq sahəsinin 10000 kv.metri üçün 60 manat (10000 x 0,6/100);

torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 6 manat ((10500 - 10000) x 1,2/100);

cəmi: 66 manat (60 + 6).

3.9. Fiziki şəxslərin torpaq vergisi üzrə güzəşt və azadolmalar.

3.9.1. Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən bu Məcəllənin 102.2-ci  maddəsində göstərilən aşağıdakı şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:

- Azərbaycan Respublikasının Milli Qəhrəmanları;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;

- müharibə əlilləri;

- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;

- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər (müharibə veteranı adı almış şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən və həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi formada “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilmiş şəxslər aiddir);

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış torpaq vergisi məbləğindən və yaxud torpaq sahələrinin ölçülərinə mütənasib olaraq müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.

3.9.2. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Torpaq  vergisi üzrə güzəştlərin verilməsinə dair misallar:

Misal 6. Güzəşt hüququna malik müharibə əlilinin mülkiyyətində Gəncə şəhərində 500 kv.metr həyətyanı sahəsi və şəhərdən kənarda istifadəsində 600 kv.metr bağ sahəsi vardır. Bu halda, 10 manat məbləğində güzəşt hüququ müharibə əlilinin mülkiyyətində olan torpağa verildiyinə görə 500 kv.metr həyətyanı sahəyə görə hesablanmış 2,5 manat (500 kv.metr x 0,5 manat/100 kv.metr) torpaq vergisi ödənilmir, lakin istifadədə olan 600 kv.metr torpaq sahəsinə hesablanmış 3 manat (600 kv.metr x 0,5 manat/100 kv.metr) vergi ödənilir.

Misal 7. Xırdalan şəhərində yerləşən iki mərtəbəli binanın altında yerləşən və ona xidmət üçün ayrılmış torpağın ümumi sahəsi 600 kv.metrdir. Həmin binanın birinci mərtəbəsi müharibə əlilinə, ikinci mərtəbəsi Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan fiziki şəxsə məxsusdur. Hər bir mərtəbənin sahəsi 200 kv.metrə bərabərdir. Müharibə əlili binanın ona məxsus olan hissəsindən iaşə xidmətinin göstərilməsi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı isə ticarət fəaliyyəti üçün istifadə edir. Bu halda, 600 kv.metr sahəyə görə 48 manat (600 kv.metr x 8 manat/100) torpaq vergisi hər iki fiziki şəxs arasında bərabər məbləğlərdə (48 manat/2 = 24 manat) bölüşdürülür (tikilinin onlara məxsus hissələrinin sahəsi bərabər olduğuna görə) və onların hər birinə 10 manat məbləğində güzəşt hüququ nəzərə alınmaqla 14 manat (24 manat – 10 manat) vergi hesablanır. 

Misal 8. Müharibə veteranı adı almış şəxsin mülkiyyətində Xaçmaz rayonunun düzən torpaqlarında II keyfiyyət qrupu üzrə 2,4 ha kənd təsərrüfatı təyinatlı və yaşayış fondu da daxil olmaqla 950 kv.metr həyətyanı torpaq sahəsi vardır. Bu halda kənd təsərrüfatı təyinatlı 2,4 ha torpaq sahəsinə 12,82 manat (II qrup üzrə 1 ha düşən torpağın şərti balı 89 x 0,06 manat x 2,4 ha), həyətyanı 950 kv.metr sahəyə 0,95 manat (950 kv.metr x 0,1 manat/100 kv.metr), cəmi - 13,77 manat (12,82 + 0,95) torpaq vergisi hesablanılır. Güzəşt hüququna malik olduğu üçün fiziki şəxsin 13,77 manat hesablanmış vergisi 10 manat məbləğində azaldılır və qalan 3,77 manat (13,77 - 10 ) vergi məbləği ödənilir.

 

4. Fiziki şəxslərin əmlak vergisi

 

4.1. Azərbaycan Respublikasının ərazisində xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan)  vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsinə görə bina insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir.

4.2. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir.

4.3. Fiziki şəxslərin əmlak vergisinin dərəcələri.

4.3.1. fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsinin) hər kv.metrinə görə cədvəl 2-də göstərilən dərəcələr tətbiq olunur (Bakı şəhərində yerləşən binalara münasibətdə, həmin dərəcələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunmuş 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir);

Cədvəl 2

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1



4.3.2. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;

4.3.3. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;

4.3.4. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.

4.4. Fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binanın sahəsinin hər kvadratmetrinə görə hesablanır.

Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, vergiyə cəlb olunmayan 30 kv.metr yaşayış sahələrinin hər birindən çıxılır.

Mənzil Məcəlləsinin 12-ci maddəsinə əsasən yaşayış sahəsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir.  Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əmlak vergisinin hesablanması zamanı “Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin hesablanması forması”ndan (bu Metodiki Vəsaitə əlavə 3) və “Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin hesablanması formasının tərtib edilməsi qaydası”ndan (bu Metodiki Vəsaitə əlavə 4) istifadə olunur.

4.5. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq hesablanır.

4.6. Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edir.

4.7. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.

4.8. Bələdiyyə tərəfindən hesablanmış əmlak vergisinin məbləği və ödənilmə müddəti barədə “Tədiyə bildirişi” (bu Metodiki Vəsaitə Əlavə 6) tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır.

4.9. Cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Əmlak vergisinin hesablanmasına dair misallar:

Misal 9. Fiziki şəxsin Bakı şəhərində Azadlıq Prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binada ümumi sahəsi 130 kv.metr olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında həmin yer 3-cü zonaya aid edilmiş və zona əmsalı 1,3 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kv.metrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır:

(130-30) x 0,4 x 1,3 = 52 manat

 Misal 10. Fiziki şəxsin Bakı şəhərində Əl Oyunları stadionunun yaxınlığında Mikayıl Hüseynov prospektində yerləşən çoxmənzilli binada sahəsi 140 kv.metr olan və Zığ qəsəbəsində sahəsi 60 kv.metr olan yaşayış sahələri vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında Mikayıl Hüseynov prospektində Əl Oyunları stadionunun yaxınlığındakı yer 1-ci zonaya (zona əmsalı 1,5), Zığ qəsəbəsi 11-ci zonaya (zona əmsalı 0,75) aid edilmişdir. Həmin mənzillərə görə əmlak vergisi vergiyə cəlb olunmayan 30 kv.metr nəzərə alınmaqla aşağıdakı kimi hesablanır:

1- ci mənzil üzrə     (140-30) x 0,4 x 1,5 = 66 manat;

2-ci mənzil üzrə    (60-30) x 0,4 x 0,75= 9 manat;

cəmi                       66 + 9 = 75 manat.

Misal 11. Fərdi sahibkar Sumqayıt şəhərində yerləşən sahəsi 70 kv.metr olan ona məxsus tikilidə iaşə xidmətini göstərir. İaşə xidməti göstərilən tikilinin qeyri-yaşayış sahəsi olduğu və Sumqayıt şəhəri üzrə əmlak vergisi dərəcəsinin 1 kv.metr üçün 0,3 manat müəyyən edildiyi nəzərə alınaraq həmin tikiliyə görə əmlak vergisi aşağıdakı kimi hesablanır:

 70 x 0,3  = 21 manat

Misal 12. Fiziki şəxsin mülkiyyətində olan mənzilin ümumi sahəsi 28 kv.metrdir. Yaşayış mənzilinin sahəsi 30 kv.metrdən az olduğuna görə əmlak vergisi hesablanmır.  

 Misal 13. Fiziki şəxsin Sumqayıt şəhərində mülkiyyətində olan yaşayış binasının ümumi sahəsi 120 kv.metrdir. Əmlak vergisinin hesablanması üçün binanın ümumi sahəsindən 30 kv.metr çıxılmaqla 27 manat ((120 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.

Misal 14. Fiziki şəxsin Gəncə şəhərində mülkiyyətində olan binasının ümumi sahəsi  40 kv.metrdir. O, bu binadan ticarət faəiyyətinin göstərilməsi üçün istifadə edir. Bu zaman əmlak vergisi 30 kv.metr çıxılmadan (yaşayış sahəsi olmadığına görə) binanın bütün sahəsindən 12 manat (40 kv.metr x 0,3 manat) məbləğində hesablanır.  

Misal 15. Fiziki şəxsə məxsus su nəqliyyatı vasitəsinin (yaxtanın) mühərrikinin həcmi 2500 kub santimetrdir. Bu halda həmin su nəqliyyatı vasitəsinə görə hesablanmış  əmlak vergisi 50 manat (2500 kub santimetr x 0,02 manat) təşkil edir.

 Misal 16. Fiziki şəxsə məxsus mühərriki olmayan su nəqliyyatı vasitəsinin bazar qiyməti 15000 manatdır. Bu halda həmin su nəqliyyatı vasitəsinə görə 150 manat (15000 manat x 1 %) əmlak vergisi hesablanır.

4.10.   Fiziki şəxslərin əmlak vergisi üzrə güzəşt və azadolmalar.

4.10.1. misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir;

4.10.2. binaların icarəyə, kirayəyə verilməsi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində binaları olduqda, 30 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış əmlak vergisi məbləğindən və yaxud müxtəlif bələdiyyələrin ərazilərində yerləşən binalara görə hesablanmış vergi məbləğlərindən binaların  sahələrinə mütənasib olaraq çıxılır.

4.10.3. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan  sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarındakı əmlaklarına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi üzrə güzəştlərin hesablanmasına dair misallar:

Misal 17. Fiziki şəxsin Gəncə şəhərində yerləşən sahəsi 150 kv.metr olan yaşayış evi və xalq musiqi alətlərinin hazırlanması ilə məşğul olduğu sahəsi 35 kv.metr olan emalatxanası vardır. Bu halda emalatxananın sahəsindən vergi hesablanmır. Fiziki şəxsin yaşadığı binanın 150 kv.metr sahəsindən 30 kv.metr çıxıldıqdan sonra qalan sahəyə görə 36 manat ((150 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.

 Misal 18. Müharibə veteranı adı almış şəxs Sumqayıt şəhərində sahəsi 60 kv.metr olan yaşayış binasını kirayəyə vermişdir. Binanı kirayəyə verdiyi üçün müharibə veteranı güzəşt hüququnu itirir və ona 9 manat ((60 kv.metr – 30 kv.metr) x 0,3 manat) əmlak vergisi hesablanır.    

Misal 19. Müharibə əlilinin mülkiyyətində Yevlax şəhərində yerləşən və sahəsi 70 kv.metr olan yaşayış binası və sahəsi 80 kv.metr olan kommersiya fəaliyyəti üçün istifadə etdiyi digər binası vardır. Bu halda, yaşayış binasına görə 8 manat ((70 kv.metr – 30 kv.metr) x 0,2 manat) əmlak vergisi verilən güzəştin məbləğindən (30 manatdan) az olduğu üçün əmlak vergisi hesablanmır. Lakin, kommersiya fəaliyyəti üçün istifadə edilən binaya görə isə güzəşt tətbiq edilmədən 16 manat (80 kv.metr x 0,2 manat) əmlak vergisi hesablanır. 

 

5.  Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

 

5.1. Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan yerli əhəmiyyətli tikinti materialları mədən vergisinin vergitutma obyektidir. 

Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı aiddir.

5.2. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin dərəcəsi hər kubmetr üçün 0,5 manat təşkil edir.

5.3. Hesabat ayı üçün yerli əhəmiyyətli tikinti materialları üzrə hesablanmış mədən vergısinin məbləği, həmin materialların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq müvafiq ərazinin bələdiyyə büdcəsinə ödənilir.

5.4. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin ödəyiciləri hər hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formaya (bu Metodiki Vəsaitə əlavə 7) uyğun olaraq tərtib edilmiş mədən vergisinin bəyannaməsini müvafiq ərazinin bələdiyyəsinə verirlər (bəyannamənin doldurulma qaydası Vergilər Nazirliyinin www.taxes.gov.az  internet səhifəsində yerləşdirilmişdir).

Mədən vergisinin hesablanmasına dair misallar:

Misal 20. “A” MMC Quba rayonu ərazisində noyabr ayı ərzində 100 kub metr çınqıl xammalı çıxarmışdır. Bu halda noyabr ayı üzrə yerli büdcəyə ödənilməli olan mədən vergisinin məbləği 50 manat (100 kub.metr x 0,5 manat) təşkil edəcəkdir.

Misal 21. “B” MMC Abşeron rayonu ərazisində oktyabr ayında 50 kub metr vulkan külü və 200 kub metr tikinti qumu hasil etmişdir. Bu halda tikinti qumlarına görə hesablanmış 100 manat (200 kub.metr x 0,5 manat) mədən vergisi yerli büdcəyə, vulkan külünə görə hesablanmış 25 manat (50 kub.metr x 0,5 manat) isə dövlət büdcəsinə ödənilir. Bələdiyyəyə verilən bəyannamədə yalnız tikinti qumları üzrə mədən vergisinin hesablanması göstərilir.

 

6.        Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi 

 

6.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar (bundan sonra bələdiyyə müəssisələri adlandırılacaq)  mənfəət vergisinin ödəyiciləridirlər. 

Bələdiyyə müəssisələri “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən təsərrüfat fəaliyyəti və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxs statusunda yaradılır. 

6.2. Bələdiyyə müəssisələri üçün vergitutma obyekti onun mənfəətidir. Bələdiyyə müəssisəsinin mənfəəti təqvim ili ərzində Vergi Məcəlləsi ilə müəyyən edilən bütün gəlirlərlə (vergidən azad edilən gəlirdən başqa) gəlirdən çıxılan xərc arasındakı fərq kimi müəyyən edilir.

6.3.  Bələdiyyə müəssisələrinin mənfəətindən Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə vergi tutulur.

6.4. Hesabat ili üçün hesablanmış mənfəət vergisinin məbləği hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq müvafiq ərazinin bələdiyyə büdcəsinə ödənilir.

6.5. Vergi Məcəlləsinə əsasən bələdiyyə müəssisələri rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri bələdiyyə büdcəsinə ödəməlidirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. 

6.6. Bələdiyyə müəssisələri cari vergi ödəmələrinin məbləğini cari rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

6.7. Bələdiyyə müəssisəsi il ərzində cari vergi ödəmələrinin məbləğinin müəyyənləşdirilməsi üçün bu Metodiki Vəsaitin 6.5-ci və 6.6-cı bəndlərində göstərilən iki mümkün metoddan birini seçir və hər il aprel ayının 15-dək bu barədə bələdiyyənin vergi xidməti orqanına məlumat verir.

6.8. Bu Metodiki Vəsaitin 6.6-cı bəndində  nəzərdə tutulan metod seçildiyi halda, bələdiyyə müəssisəsi hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən    hesablanmış cari vergi məbləği barədə bələdiyyənin vergi xidməti orqanına arayış təqdim edir (bu Metodiki Vəsaitə əlavə 8). Arayış təqdim edilmədiyi halda, bələdiyyənin vergi xidməti orqanı bu Metodiki Vəsaitin 6.5-ci bəndində nəzərdə tutulan metodu tətbiq edir. 

6.9. Cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq edilən metod barədə məlumat vermədiyi halda bələdiyyənin vergi xidməti orqanı bu Metodiki Vəsaitin 6.5-ci bəndində nəzərdə tutulan metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

6.10. Cari vergi ödəmələri vergi ili üçün bələdiyyə müəssisəsindən tutulan mənfəət vergisinin məbləğinə aid edilir.

6.11. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən bələdiyyə müəssisəsinin mənfəət vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə hesablanır. Bu zaman cari vergi ödəmələrinin məbləği mənfəətdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

6.12. Əvvəllər fəaliyyəti olmayan bələdiyyə müəssisəsələri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən   hesablanmış cari vergi məbləği barədə bələdiyyənin vergi xidməti orqanına arayış təqdim etməlidir (bu Metodiki Vəsaitə əlavə 8).

6.13. Cari vergi ödəmələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, bələdiyyə müəssisəsindən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə 0,1% miqdarında faiz tutulur.

6.14. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

6.15. Bələdiyyə müəssisələri tərəfindən hər hesabat ili üçün hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparılır və həmin müddətədək Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formaya (bu Metodiki Vəsaitə əlavə 9) uyğun olaraq tərtib edilmiş mənfəət vergisinin bəyannaməsi müvafiq bələdiyyəyə təqdim edilməklə hesablanmış mənfəət vergisi bələdiyyə büdcəsinə ödənilir (bəyannamənin doldurulma qaydası Vergilər Nazirliyinin www.taxes.gov.az  internet səhifəsində yerləşdirilmişdir).

Mənfəət vergisinin hesablanmasına dair misallar:

Misal 22. “A” bələdiyyəsi tərəfindən istirahət parkında əyləncə xidmətləri göstərən “B” müəssisəsi yaradılmışdır. Hesabat ili ərzində göstərilən xidmətlərdən əldə edilən gəlir 40000 manat, həmin xidmətlərin göstərilməsinə çəkilən xərclər isə 35000 manat olmuşdur. Bu halda müəssisənin vergi tutulan mənfəəti 5000 manat (40000manat - 35000 manat), mənfəətdən hesablanmış vergi isə 1000 manat (5000 manat x 20%) olacaqdır.

Misal 23. Əvvəlki hesabat ilində bələdiyyə müəssisəsi tərəfindən 10000 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə cari vergi ödəmələrinin müəyyənləşdirilməsi üçün birinci metodu (əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsi) seçmişdir. Bu halda cari ilin rübləri üzrə ödənilməli olan cari vergi ödəməsinin məbləği 2500 manat (10000 manat x 1/4) təşkil edəcəkdir.

Misal 24. Cari ilin 1-ci rübündə bələdiyyə müəssisəsinin gəliri 6000 manat olmuşdur. Cari vergi ödəmələrinin müəyyənləşdiriməsi üçün müəssisə ikinci metodu (əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin həmin ilin gəlirlərindəki xüsusi çəkisi əsasında) seçmişdir. Əvvəlki hesabat ilinin gəliri 25000 manat, hesablanmış mənfəət vergisi 5000 manat təşkil etmişdir. Bu halda cari ilin 1-ci rübü üzrə cari vergi ödəməsinin müəyyən edilməsi üçün əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin həmin ilin gəlirlərindəki xüsusi çəkisi 0,2 (5000 manat/25000 manat) həmin rübün gəlirinə vurulur və 1200 manat (6000 manat x 0,2) cari vergi hesablanır. 

Misal 25. Bələdiyyə müəssisəsi 2013-cü ilin iyul ayında fəaliyyətə başlamışdır.  Həmin ilin 3-cü rübündə müəssisənin gəliri 6000 manat, xərcləri isə 4000 manat olmuşdur. Bu halda 3-cü rüb üzrə cari vergi ödənişinin məbləği 300 manatdan (6000 manat - 4000 manat) x 20% x 75%)  az olmamalıdır. 4-cü rüb başa çatdıqdan sonra artan yekunla müəssisənin gəlirləri 12000 manat, xərcləri isə 8000 manat təşkil etmişdir. 4-cü rübün nəticəsinə görə artan yekunla cari vergi ödəməsinin məbləği 600 ((12000 manat - 8000 manat) x 20% x 75%) manat miqdarında müəyyən edilir və 3-cü rübdə ödənilməli olan cari ödəmənin məbləği 3-cü rübdə ödənilmiş cari ödəmə nəzərə alınmaqla  300 manatdan (600 manat – 300  manat) az olmamalıdır. Hesabat ilinin yekunu üzrə mənfəət vergisinin bəyannaməsi təqdim olunarkən müəyyən edilmişdir ki, cari vergi ödəmələrinin məbləği mənfəətdən verginin məbləğinin 75 faizindən az olmuşdur. Bu halda yanvar ayının 16-dan başlayaraq son haqq hesabın ödənildiyi tarixədək olan hər bir gün üçün azaldılmış cari ödəmə məbləğinin 0,1%-i həcmində faiz məbləği hesablanır. 

 

7. Yerli ödənişlər

 

7.1. Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş.

7.1.1. Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə  reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun olaraq qəbul olunmuş normativ-hüquqi aktlarla müəyyən edilir.

7.1.2. Həmin Qanunun 15-ci maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində və başqa ərazilərdə küçə reklamı yalnız rayon və şəhər icra hakimiyyəti orqanlarının icazəsi ilə həyata keçirilə bilər. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün reklam yayıcısı tərəfindən dövlət rüsumu ödənilir.

7.1.3. Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamı yerləşdirilərkən onun yerləşdirilməsinə dair müqavilə müvafiq bələdiyyə  ilə reklam yayıcısı arasında bağlanılır. Həmin müqavilədə küçə reklamının yerləşdirilməsinə və yayımına görə yerli ödənişin məbləği müəyyən edilir.

Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsinə və yayımına görə yerli ödənişin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, “Reklam haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalarda küçə reklamının yerləşdirilməsi və yayımının minimum hədləri təsdiq olunmuşdur. Zonalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli, 92 nömrəli  Qərarı ilə, ödənişin minimum hədləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə” 30 iyul 2008-ci il tarixli, 7 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bunlara əsasən reklam yayıcıları ilə bağlanan müqavilələrdə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsinə və yayımına görə tutulan yerli ödənişin məbləği müvafiq zona üzrə müəyyən olunmuş həddən az olmamalıdır.

7.1.4. Küçə reklamının yerləşdirilməsinə və yayımına görə müəyyən edilmiş ödənişlər reklam yayıcısı tərəfindən müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

7.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş.

7.2.1. Bələdiyyə mülkiyyətində olan torpaqların özgəninkiləşdirilməsi və ya icarəyə verilməsindən alınan ödənişin məbləği hüquqi və fiziki şəxslərlə bağlanılan    müqavilələrdə öz əksini tapır.

7.2.2. Torpaqların özgəninkiləşdirilməsi və ya icarəyə verilməsi zamanı aşağıdakılar nəzərə alınır:

Torpaq Məcəlləsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla).

Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı müəyyən edilən ödənişin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 3 dekabr 2000-ci il tarixli 226 nömrəli qərarına əsasən  həmin torpağa görə ödənilməli olan torpaq vergisinin 2 misli miqdarından az olmamalıdır.

Misal 26. “A” MMC  bələdiyyəyə məxsus olan və İmişli rayonunun mərkəzində  yerləşən 200 kv. metr torpaq sahəsini məişət xidmətinin göstərilməsi üçün icarəyə götürmüşdür. Həmin torpağın icarə haqqının minimum həddinin müəyyən edilməsi üçün torpağa görə ödənilməli olan torpaq vergisinin məbləği hesablanılır və 2-yə vurulur.   Bu halda həmin torpağa görə icarə haqqı 16 manatdan ((200 kv. metr x 4 manat/100 kv. metr) x 2)  az olmamalıdır. 

7.3. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş.

Xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişin məbləği bələdiyyələr haqqında qanunvericiliyə uyğun olaraq müvafiq ərazinin bələdiyyəsi tərəfindən  müəyyən edilir.

7.4. Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş.

Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və bələdiyyəyə “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı” (bu Metodiki Vəsaitə əlavə 10) təqdim olunmaqla, hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

7.5. Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.

Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla dayanacaqları təşkil edən şəxslər tərəfindən müvafiq bələdiyyənin büdcəsinə ödənilir.  

 

8. Yerli (bələdiyyə) vergi və ödənişlər üzrə daxilolmaların uçotu

 

8.1. Yerli (bələdiyyə) vergi və ödənişlər üzrə daxilolmaların uçotunun aparılmasında aşağıdakı anlayışlardan istifadə olunur:

8.1.1. şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi;

8.1.2. hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar;

8.1.3. fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs;

8.1.4. şəxsi hesab vərəqəsi - yerli (bələdiyyə) vergi və ödənişlərin, habelə maliyyə sanksiyaları və faizlər üzrə yerli büdcə ilə qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirən vahid vərəqə;

8.1.5. üzləşmə aktı - yerli (bələdiyyə) vergi və ödənişlərin, habelə maliyyə sanksiyaları və faizlərin yerli büdcəyə ödənilməsi vəziyyətini iki tarix arasında əks etdirən sənəd;

8.1.6. hesablanmış vəsait - qanunvericiliklə müəyyən edilmiş bəyannamə və ya digər sənədlərə əsasən dövr ərzində yerli (bələdiyyə) büdcəyə ödənilməli olan yerli vergi və ödənişlərin, habelə faiz və maliyyə sanksiyalarının məbləği; 

8.1.7. ödənilmiş vəsait - yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisi  (bundan sonra ödəyici adlandırılacaq) tərəfindən ödənilməklə və ya qanunvericiliyə uyğun olaraq ödəyicinin bank hesabından silinməklə, yerli büdcəyə mədaxil edilmiş yerli (bələdiyyə) vergi və ödənişlərin, habelə faiz və maliyyə sanksiyalarının məbləği;

8.1.8. qaytarılmış vəsait -  bələdiyyənin vergi xidməti orqanının rəyi əsasında artıq ödənilmiş yerli (bələdiyyə) vergi və ödənişlərin, habelə faiz və maliyyə sanksiyasının yerli (bələdiyyə) büdcədən ödəyiciyə qaytarılmış məbləğ;

8.1.9. ödəniş sənədi - yerli (bələdiyyə) vergi və ödənişlərin, habelə faiz və maliyyə sanksiyasının yerli (bələdiyyə) büdcəyə köçürülməsi məqsədi ilə ödəyicilər tərəfindən hazırlanmış və bank idarəsinə təqdim olunmuş ödəniş tapşırığı, sərəncam, qəbz, bankın memorial orderi və ya elektron formatda alınan məlumat;

8.1.10. şəxsi hesab vərəqəsindən çıxarış – bələdiyyənin vergi xidməti orqanında olan şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər, habelə faiz və maliyyə sanksiyası üzrə ödəyici ilə yerli büdcə arasında qarşılıqlı münasibətləri çıxarışın çap olunduğu günə özündə əks etdirən vərəq.

8.2. Bələdiyyələrin vergi xidməti orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu hər bir ödəyici üzrə şəxsi hesab vərəqəsində (bu Metodiki Vəsaitə əlavə 11) proqram təminatı vasitəsi ilə aparılır.

8.3.  Bələdiyyələrin vergi xidməti orqanlarında uçota alınan hər bir ödəyiciyə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsi uçota alınan zaman proqram təminatı vasitəsilə avtomatik olaraq yaradılır. 

8.4. Şəxsi hesab vərəqəsində aşağıdakı məlumatlar əks etdirilir:

8.4.1. bələdiyyənin dı, ödəyicinin tam adı, VÖEN-i, fəaliyyət növü, ünvanı, telefonu;

8.4.2. şəxsi hesab vərəqəsində aparılan yazılışın tarixi; 

8.4.3. əməliyyatın adı;

8.4.4. əməliyyatın növü;

8.4.5. ödəmə tarixi;

8.4.6. məbləğ;

8.4.7. qalıq; 

8.4.8. artıq ödəmə;

8.4.9. faiz üzrə qalıq.

8.5. Şəxsi hesab vərəqəsinin müxtəlif formada alınması üçün “faiz hesablanması məqsədləri üçün”, “ilk/son tarixə görə”, “yazılma tarixinə görə”, “dövrə görə” filtirlərdən istifadə oluna bilər. Eyni zamanda şəxsi hesab vərəqəsinin yekununda pul növü (manatla, min manatla və s), çap olunma tarixi, əhatə olunan dövr, saldo (qalıq və ya artıq ödəmə), hesablanmış, ödənilmiş, azaldılmış, qaytarılmış, əmlaka yönəldilmiş, faiz üzrə saldo, çap tarixinə faiz borcu, əhatə etdiyi dövrün sonuna (qalıq və ya artıq ödəmə), çap tarixinə (qalıq və ya artıq ödəmə), cəmi ödənilməli borc (artıq ödəmə) göstərilir.

8.6. Şəxsi hesab vərəqələrində əməliyyatların məbləğlərinin uçotu manatla aparılır. 

8.7. Hesablanmış və ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqələrinə daxil edilməsi üçün bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxslərinin malik olduqları gücləndirilmiş elektron imzalar, və ya şifrə və parol onların imzaları hesab edilir və məxfi sayılır.

8.8. Ödəyicinin şəxsi hesab vərəqəsinə hesablanmış vəsait məbləği aşağıdakı sənədlər əsasında və göstərilən müddətlərdə daxil edilir:

8.8.1. ödəyici tərəfindən təqdim edilmiş hesabat və bəyannamə əsasında – hsbtın və y vergi bəyannamənin bələdiyyənin vergi xidməti orqanına daxil olduğu gündən sonra 3 iş günü ərzində, ödəyici tərəfindən elektron formatda göndərilən bəyannamələr şəxsi hesab vərəqələrində gün ərzində əks olunur;

8.8.2. təqdim edilmiş bəyannamələrin və hesabatların kameral yoxlanılmasının nəticələri əsasında - kameral vergi yoxlamasının başa çatdığı gün;

8.8.3. ödəyicidə aparılmış səyyar vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergilər, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları- qərarının imzalandığı gün ərzində;

8.8.4. qanunvericiliklə müəyyən edilmiş hallarda bələdiyyənin vergi xidməti orqanı tərəfindən cari vergi məbləğləri hesablandıqda - cari vergi məbləğinin ödəniş müddətinin başa çatdığı günədək;

8.8.5. cari vergi məbləğlərinin hesablanması üçün ödəyici tərəfindən cari vergi məbləğinin ödəniş müddəti başa çatanadək təqdim edilmiş arayışlar əsasında - arayışın təqdim edildiyi gündən 1 iş günü ərzində;

8.8.6. ödəyiciyə hesablanmış vəsaitlər ilə əlaqədar daxil olmuş məhkəmə qətnaməsi əsasında - Məhkəmə qətnaməsi alındıqdan sonra 1 iş günü ərzində;

8.8.7. qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsinə möhlət verilmiş və ya silinmiş vergilər, ödənişlər barədə bələdiyyənin qərarına əsasən – qərarın təsdiq edildiyi gün ərzində;

8.8.8. vergi və ya ödənişlərin hesablanması üçün zəruri olan hesabat məlumatları qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilmədikdə, əlqəli məlumt əssən vrgi və ya ödənişin hesablandığı gün ərzində.

8.9. Vergi və ödənişlərin, faizlərin və maliyyə sanksiyalarının bələdiyyə büdcəsinə daxil olduğunu təsdiq edən sənədlər və ya elektron məlumat bələdiyyələrin vergi xidməti orqanına təqdim edildikdən sonra həmin vəsaitlər ödəyicilərin şəxsi hesab vərəqələrinə daxil edilir. Ödəniş sənədlərinin şəxsi hesab vərəqələrinə daxil edilməsi ödənişin təyinatından asılı olaraq müvafiq ekran vasitəsi ilə həyata keçirilir. “VÖEN-lər üzrə” ekrandan istifadə edilərkən, “əməliyyatın növü”, “ödənmə növü”, “daxilolma tarixi”, “ödənişin məbləği”, “ödəyicinin VÖEN-i”, “ödəniş sənədinin nömrəsi”  müvafiq xanalarda qeyd olunur.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanunu”nun 11.4-cü bəndinə əsasən vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.

8.10. Şəxsi hesab vərəqəsində ödənişlər hesabına yaranan artıq ödəmələr proqram tərəfindən verilən hesablama ilə əvəzləşdirilir. Hesabat ayı üzrə ödənilmiş vəsaitlər barədə məlumatların həm yekun, həm də ödənişin növü üzrə bələdiyyə büdcəsinin daxilolmalar barədə məlumatları ilə üzləşdirilir və bu, üzləşmə aktı (bu Metodiki Vəsaitə Əlavə 12) ilə təsdiq olunur.   

8.11. Ödəyicinin şəxsi hesab vərəqəsinə ödənilmiş vəsait məbləği aşağıdakı sənədlər əsasında göstərilən müddətlərdə daxil edilir:

8.11.1. vəsaitlərin bələdiyyə büdcəsinə daxil olması barədə alınmış ödəniş sənədlərinin surətləri əsasında -  ödəniş sənədlərinin surətləri alındıqdan sonra 2 iş günü ərzində;

8.11.2. artıq ödənilmiş vergilərin, ödənişlərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmış məbləğləri barədə rəsmi məlumatları əsasında - bu cür məlumat alındığı gündən sonra 2 iş günü ərzində;

8.11.3. ödəyici ilə bələdiyyə büdcəsi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmış qarşılıqlı əvəzləşmələr – üzləşmə aktı təsdiq edildikdən sonra 1 iş günü ərzində;

8.11.4. ödənilmiş vəsaitlər barədə məlumatlar elektron şəkildə alındıqda, elektron məlumatlar əsasında - bu məlumatlar alındıqdan sonra 1 iş günü ərzində.

8.12. Hesablanmış vəsaitlər şəxsi hesab vərəqələrinə  aşağıdakı qaydada daxil edilir:

8.12.1. bəyannamələr və hesabatlar üzrə hesablanmış vəsaitlər şəxsi hesab vərəqəsinə bəyənnamə işləri alt sistemindəki Bəyannamənin işlənilməsi modulundan istifadə edilməklə aparılır. Hesablanmış məbləğlər “Əməliyyatın növü” sütununa “Hesablama”, azaldılmış vəsaitlərin məbləği isə “Azalma” kimi qeyd edilməklə şəxsi hesab vərəqəsində əks olunur. Bəyannamə və hesabatlar əsasında aparılmış əməliyyatlar şəxsi hesab vərəqəsinə hesablamaya əsas verən bəyannamənin, hesabatın adı (qısaldılmış formada), dövrü, bəyannamənin növü (Cari, Dəqiqləşdirilmiş və ya Ləğv) kimi qeyd edilir;

8.12.2. bəyannamələrə, hesabatlara düzəliş edildikdə, bəyannamə işləri alt sistemindəki bəyannamənin düzəlişi modulundan istifadə edilməklə aparılır. Şəxsi hesab vərəqəsinə düzəliş edilən bəyannamənin, hesabatın adı (qısaldılmlş şəkildə), dövrü, bəyannamənin növü, SDB (Səhvin düzəlişi bəyannaməsi)  kimi qeyd edilir;

8.12.3. kameral vergi yoxlamasının nəticələri bəyannamə işləri altsistemindəki kameral yoxlamalar altmodulundakı müvafiq ekranlardan istifadə edilməklə aparılır.    Kameral yoxlama nəticəsində aparılan əməliyyatların nəticələri şəxsi hesab vərəqəsinə bəyannamənin adı (qısaldılmış formada), dövrü, bəyannamənin növü və mötərizənin içində “KYB” (Kameral yoxlama bəyannaməsi) kimi qeyd edilir;

8.12.4. səyyar vergi yoxlamasının nəticələri ödəyicinin şəxsi hesab vərəqəsinə işlənildikdə, həmin şəxsi hesab vərəqəsinə vergi növünün adı, (qısaldılmış formada), dövrü, bəyannamənin növü və mötərizənin içində “SYB” (Səyyar yoxlama bəyannaməsi) kimi qeyd edilir;

8.12.5. vergi və ödənişlərin hesablanması üçün zəruri olan hesabat məlumatları qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilmədikdə, verginin hesablanması əlaqəli məlumata əsasən “Analoji altmodulu”ndan istifadə edilməklə aparılır. Əlaqəli məlumata əsasən hesablanmış vergi məbləği şəxsi hesab vərəqəsinə bəyannamənin adı (qısaldılmış formada), dövrü, bəyannamənin növü mötərizənin içində “Analoji” kimi qeyd edilir; 

8.12.6. hesablanmış vəsaitlərlə əlaqədar Məhkəmə qərarı (qətnaməsi) olduqda həmin məlumatlar şəxsi hesab vərəqəsi alt sistemindəki  “Digər işləmlər” – “Məhkəmə qərarı üzrə işlər alt modulu”ndan istifadə edilməklə aparılır.

Məhkəmə qərarı üzrə daxil edilmiş məlumatlar şəxsi hesab vərəqəsinə Əməliyyatın adı sütununda “Məhkəmə qərarı” adı ilə qeyd edilir.

8.13. Bələdiyyə büdcəsinə olan borc məbləğlərinin və faizin hesablanması aşağıdakı qaydada aparılır:

8.13.1. vergi və ödənişlərin, faiz və maliyyə sanksiyasının əsas məbləği üzrə hər yazılışdan sonra ödəyicinin bələdiyyə büdcəsinə olan qalıq və ya artıq ödəmə məbləğləri müvafiq olaraq aidiyyəti şəxsi hesab vərəqəsinin müvafiq olaraq “Qalıq” və ya “Artıq ödəmə” sütunlarında proqram təminatı vasitəsilə əks olunur;

8.13.2. ödəyicinin şəxsi hesab vərəqəsində hər bir əməliyyatdan əvvəlki yazılış üzrə bələdiyyə büdcəsinə olan vahid qalıq məbləğinə, ödəmə müddətindən sonrakı gecikdirilmiş hər gün üçün (bir ildən çox olmamaqla) 0,1 faiz həcmində faiz məbləği hesablanır;

8.13.3. vəsaitlərin büdcəyə ödənildiyi tarix, həmin məbləğlərin bələdiyyə büdcəsinə  mədaxil edilməsi barədə ödəniş sənədlərində qeyd edilən tarixdir.

8.14. Əvəzləşmə və qaytarılmaların uçotu aşağıdakı qaydada aparılır:

8.14.1. ödəyicinin bələdiyyə büdcəsinə olan borclarının artıq ödəmələrlə və digər qaydada əvəzləşdirilməsi, habelə artıq ödənilmiş vəsaitlərin ödəyiciyə qaytarılması ilə əlaqədar əməliyyatlar şəxsi hesab vərəqəsinin müvafiq sütunlarında əks olunur;

8.14.2. əvəzləşmələr həm vrgi ödəyicisinin mürciəti əssınd, həm də nun mürciəti lmdn prılır. Əvəzləşmənin prılmsı brədə ödəyicinin mürciəti lduqd, əvəzləşmə mürciətin dil lduğu gündən snr 2 iş günü ərzində prılır. Bu halda ödəyiciyə şəxsi hesab vərəqəsindən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir;

8.14.3. artıq ödəmə olan vərəqə üzrə şəxsi hesab vərəqəsinin “Əməliyyatın adı” sütununda “_______ilə əvəzləşdirilmişdir” sözləri yazılmaqla, əvəzləşdirilən məbləğ “Əməliyyatın adı” sütununda (hesablanmışdır), qalığı olan tədiyə növü üzrə vərəqənin “Əməliyyatın adı” sütununda isə “_____ilə əvəzləşdirilmişdir” sözləri yazılmaqla əvəzləşdirilən məbləğ “Əməliyyatın adı” sütununda _____ kimi qeyd olunur;

8.14.4. artıq ödənilmiş məbləğlər qalıq məbləğləri ilə əvəzləşdirildikdən sonra, ödəyicinin rəsmi müraciətinə əsasən qanunvericiliyə uyğun olaraq qaytarılır və bu   “Artıq ödəmənin qaytarması” ekranına daxil edilir.  

8.15. Şəxsi hesab vərəqələrinin birləşməsi və bağlanması aşağıdakı qaydada aparılır:

8.15.1. ödəyici olan hüquqi şəxslərin ləğvi, fiziki şəxsin ölümü barədə “VÖEN” altsistemində ərizə (məhkəmənin qərarı, ölüm haqqında şəhadətnamə və s.) qeydə alındıqdan sonra bələdiyyənin vergi xidməti orqanında ödəyicinin uçotunun ləğv edilməsi prosedurları proqram təminatı vasitəsilə yerinə yetirilir;

8.15.2. ödəyicilərin uçotunun ləğv edilməsi zamanı onun yekun bəyannamələrinin qəbul edilməsi və kameral yoxlanılması, son səyyar vergi yoxlamasının aparılması, vergi borclarının ödənilməsi işləri qanunvericiliklə müəyyən olunmuş qaydada yerinə yetirilir;

8.15.3. ödəyicinin bələdiyyə büdcəsinə olan borcu və faiz məbləğləri ödənilmədiyi halda onun VÖEN-ni və şəxsi hesab vərəqəsi bağlanıla bilməz;

8.15.4. ödəyicinin bələdiyyə büdcəsinə borcu olmadığı halda, bələdiyyənin vergi xidməti orqanının məsul vəzifəli şəxsi VÖEN-nin ləğv olunması barədə ərizədə qeydlər aparır və qanunvericilkdə nəzərdə tutulmuş prosedurlardan sonra VÖEN ləğv olunmaqla ödəyicinin şəxsi hesab vərəqəsi passiv vəziyyətinə keçirilir. Bu andan ödəyicinin şəxsi hesab vərəqəsi üzrə hər hansı qeydlərin aparılması imkanları tam bağlanmış olur;              

8.15.5. yenidən təşkil ilə əlaqədar uçotu bağlanan hüquqi şəxsin öhdəliklərini qəbul edən hüquqi şəxs (hüquqi şəxslər) barəsində VÖEN altmodulunda qeydlər aparılır. Bu qeydlər barədə məlumat “Yenidən təşkil olunmuş hüquqi şəxslər barədə hesabat”dan əldə edilir. Öhdəlikləri qəbul edən hüquqi şəxs (hüquqi şəxslər) “Yenidən təşkil olunmuş hüquqi şəxslər barədə hesabat”a və ödəyicinin iş qovluğuna tikilmiş təhvil aktına (bölünmə balansına) əsasən müəyyənləşdirilir;

8.15.6. hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir, bu zaman birləşən hüquqi şəxslərin şəxsi hesab vərəqələrində mövcud olan öhdəlikləri və ya artıq ödəmələr yeni yaranan hüquqi şəxsin şəxsi hesab vərəqəsinə keçirilir;

8.15.7. hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin şəxsi hesab vərəqəsində mövcud olan öhdəlikləri və ya artıq ödəmələr yenidən təşkil edilmiş hüquqi şəxsin şəxsi hesab vərəqəsinə keçirilir;

8.15.8. hüquqi şəxs onun bölünməsi şəklində yenidən təşkil edilərkən bölünməyə məruz qalmış hüquqi şəxsin şəxsi hesab vərəqəsində mövcud olan öhdəlikləri və ya artıq ödəmələr saldo şəklində bölünmə balansına uyğun olaraq yenidən təşkil edilmiş hüquqi şəxslərin hər birinin şəxsi hesab vərəqəsinə keçirilir.

 

9. Yerli vergi və ödənişlərə nəzarətin həyata keçirilməsi və qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi

 

9.1. Yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə tənzimlənir.  

9.2. Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriya-kurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir.

9.3. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”yə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir.

9.4.  Bu  Metodiki Vəsaitin 9.2-ci bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir.

9.5. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir.

9.6. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər.

Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır.

9.7. Bu Metodiki Vəsaitin 9.6-cı bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır, yaxud belə qərarın çıxarılmasından imtina edir.

9.8. Ödəyiciyə bu Metodiki Vəsaitin 9.7-ci bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, hesablanmış faizlərin və ya tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir.

Yerli vergilərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün lakin, bir ildən çox olmamaqla ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0,1 %-i həcmində faiz hesablanılır.

Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir.

9.9. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.

9.10. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir.

9.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında (könüllü ödəniş halları istisna olmaqla) məhkəmələrə müraciət edirlər.

9.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

9.13. Bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.