Axtar
az|рус|eng
Xəbərlər

Asan İmza (Mobil imza) - Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir.
   Belə ki, Asan İmza (Mobil ID) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza (Mobil ID) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.
   Asan İmza (Mobil ID) əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır. Asan İmza (Mobil ID) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.

Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM)



Asan İmza SİM kartı üzrə Sertifikatı necə əldə etməli

 

1. Asan İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi)  ilk növbədə bütün mobil operatorlardan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və Asan İmza  SİM kartı (“ICCID”  nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi ödəyicilərinə Xidmət Mərkəzinə və Asan xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət etməlidir.

2. ASXM-də ərizəçi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyü yoxlanılır.

3. Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda isə ASXM sertifikatın verilməsindən imtina edir.

4. ASXM sertifikatın verilməsi üçün ərizəçi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, ASXM-in hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırır.

5. Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada ərizəçiyə təqdim edilir. Kağız daşıyıcıdakı sertifikat ASXM-in rəsmi blankında 2 (iki) nüsxədə tərtib edilir, səlahiyyətli şəxsin imzası ilə və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı sertifikatlar ərizəçi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi ASXM-də saxlanılır. Elektron formadakı sertifikat ASXM-in gücləndirilmiş imzası ilə təsdiq edilir.

6. ASXM-də imza sahibi verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız daşıyıcıdakı sertifikatın alınması, həmçinin ASXM  tərəfindən məlumatlandırılması barədə müvafiq jurnalda imza edir.

7. Asan İmza Sim-kart üzrə Sertifikat 1 (bir) iş günü ərzində verilir.

 

Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı

 

Sertifikat xidmətlərinin göstərilməsi üzrə Sənəd Formaları

Ərizə formaları

Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün ərizə (Əlavə 1)

İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün ərizə (Əlavə 2)

İmza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi barədə ərizə (Əlavə 3)

“e-təmsilçi” qismində tanınma barədə ərizə (Əlavə 4)

 

Müqavilə formaları

Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə (Əlavə 5)

Rəqəmsal İD kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (Əlavə 6)

 

Etibarnamələr

Nümunəvi forma 1 (Əlavə 7)

Nümunəvi forma 2 (Əlavə 8)

Nümunəvi forma 3 (Əlavə 9)

 

Bildiriş formaları

Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş (Əlavə 10)

Sertifikatın etibarlılıq müddətinin bitməsi haqqında bildiriş (Əlavə 11)

Sertifikatın qüvvəsinin dayandırılması haqqında bildiriş (Əlavə 12)

Sertifikatın ləğv edilməsi haqqında bildiriş (Əlavə 13)

Sertifikatların qüvvəsinin bərpa edilməsi haqqında bildiriş (Əlavə 14)

İlkin ərizə məlumatlarında dəyişiklik edilməsi haqqında bildiriş (Əlavə 15)


Sertifikat – nümunə

Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş sertifikatlar


 

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının 9 mart 2004-cü il tarixli, 602-IIQ nömrəli Qanunu







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.