Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Keçirilmiş qəbullara dair statistika


Vergilər naziri tərəfindən bölgələrdə keçirilən vətəndaş qəbulları barədə ümumi məlumat

       Möhtərəm cənab Prezident İlham Əliyevin sədrliyi ilə 14 aprel 2013-cü il tarixdə keçirilən “Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası”nda ölkə başçısı tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə bölgələrdə vətəndaşların qəbulunun həyata keçirilməsilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

       Qeyd olunan tapşırığın icrası məqsədilə, əvvəlcədən təsdiq olunmuş qrafik üzrə vergilər naziri tərəfindən ölkənin müxtəlif  bölgələrində vətəndaşların qəbulu keçirilir. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilərək Vergilər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin əksəriyyəti yerindəcə müsbət həll edilir və ya vətəndaşlara qanunvericiliyə uyğun şəkildə ətraflı izahatlar verilir. Yerində həll edilməsi mümkün olmayan müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilir. Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə vətəndaşlara ətraflı izahatlar verilərək, həmin müraciətlər baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir.

       Keçirilmiş qəbulların nəticələrinə dair ümumiləşdirilmiş məlumatlar müntəzəm olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunur.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.