Axtar
az|рус|eng
Müsabiqə
Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə ELAN EDİR

15.10.2014

 

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il  tarixli, 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 20.10.2014-cü il tarixdən  02.11.2014-cü il saat 24:00-dək həyata keçirilir. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına  daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər.

Sənədləri qəbul edilən namizədlər 13.11.2014-cü il tarixdən 15.11.2014-cü il  saat 18:00-dək  imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 16.11.2014-cü il tarixdə TQDK-nın müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.

“Elektron ərizə” formasını doldurmazdan əvvəl namizədlər Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları” ilə tanış olmalı, bu qaydalarla razı olduqları halda qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və müsabiqə ilə bağlı digər zəruri məlumatlar göndərilir.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Diqqət! Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan iqtisadçı və hüquqşünaslaraüstünlük verilir. Vətəndaş ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız aşağıda qeyd olunan vakant yerlərdən birinə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edə bilər. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vakant yer üzrə vəzifədə işləməkdən imtina edərsə Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır!

 

       Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı:

3 saylı Ərazi Vergilər İdarəsi (Quba şəhəri)

-       Koordinasiya şöbəsinin böyük mütəxəssisi

-       Bəyannamələrin kameral yoxlanması şöbəsinin dövlət vergi müfəttişi

-       Qeydiyyat və uçot şöbəsinin dövlət vergi müfəttişi

4 saylı Ərazi Vergilər İdarəsi (Şamaxı şəhəri)

-       Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi

5 saylı Ərazi Vergilər İdarəsi (Şirvan şəhəri)

-       Bəyannamələrin kameral yoxlanması şöbəsinin dövlət vergi müfəttişi

8 saylı Ərazi Vergilər İdarəsi (Beyləqan şəhəri)

-       Vergi proqnozları və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi

9 saylı Ərazi Vergilər İdarəsi (Göyçay şəhəri)

-       Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi

-       Vergi borclarının alınması şöbəsinin dövlət vergi müfəttişi

-       Bəyannamələrin kameral yoxlanması şöbəsinin dövlət vergi müfəttişi

12 saylı Ərazi Vergilər Departamenti (Gəncə şəhəri)

-       Bəyannamələrin kameral yoxlanması şöbəsinin dövlət vergi müfəttişi

-       Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi

-       Qeydiyyat və uçot şöbəsinin dövlət vergi müfəttişi

13 saylı Ərazi Vergilər İdarəsi (Zaqatala şəhəri)

-       Vergi proqnozları və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi

Zəngilan rayonu Vergilər Şöbəsi (Bakı şəhərində yerləşir)

-       Vergi borclarının məcburi alınması işinin təşkili bölməsinin dövlət vergi müfəttişi

Cəmi: 14 yer.

 

Qeyd: Müsabiqənin sonuna qədər vakant yerlərin sayı dəyişə bilər.







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.