Axtar
az|рус|eng
Müsabiqə
Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edir

02.05.2014

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 2008-ci il 26 sentyabr tarixli 0817040100977800 nömrəli əmri ilə təsdiq edilmiş "Sənədlərin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları"nın  tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.05.2014-cü il tarixdən  18.05.2014-cü il tarixədək həyata keçirilir. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər.

Sənədləri qəbul edilən namizədlər 30.05.2014-cü il tarixdən 01.06.2014-cü il tarixədək  imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 03.06.2014-cü il tarixdə TQDK-nın müəyyən etdiyi yerdə keçiriləcəkdir.

“Elektron ərizə” formasını doldurmazdan qabaq namizədlər “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi” qaydaları ilə tanış olmalı, yalnız bu qaydalarla razı olduqları halda qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və digər məlumatlar göndərilir.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı problem yarandıqda 0-12-403-87-52 nömrəli telefonla Vergilər Nazirliyinə, nazirliyinin inzibati binasının qəbul otağına, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Diqqət! Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız aşağıda qeyd olunan vakant yerlərdən birinə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edə bilər.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vakant yer üzrə vəzifədən imtina edərsə Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır!

 

Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı

                                        

4 saylı Ərazi Vergilər İdarəsi (Şamaxı şəhəri) - 2

Audit şöbəsi

dövlət vergi müfəttişi     - 1

Vergi proqnozları və risklərin təhlili şöbəsi

dövlət vergi müfəttişi - 1

 

5 saylı Ərazi Vergilər İdarəsi (Şirvan şəhəri) - 3

Qeydiyyat və uçot şöbəsi

dövlət vergi müfəttişi  - 1

Vergi ödəyicilərinə xidmət şöbəsi

dövlət vergi müfəttişi  - 1

Bəyannamələrin kameral yoxlanması şöbəsi

dövlət vergi müfəttişi - 1

 

6 saylı Ərazi Vergilər İdarəsi (Lənkəran şəhəri) – 2

Hüquq şöbəsi

dövlət vergi müfəttişi - 1

Vergi ödəyicilərinə xidmət şöbəsi

dövlət vergi müfəttişi  - 1

 

8 saylı Ərazi Vergilər İdarəsi (Beyləqan şəhəri) – 3

Audit şöbəsi            

dövlət vergi müfəttişi  - 1

Bəyannamələrin kameral yoxlanması şöbəsi

dövlət vergi müfəttişi  - 1

Vergi borclarının alınması şöbəsi

dövlət vergi müfəttişi - 1

 

10 saylı Ərazi Vergilər İdarəsi (Qəbələ şəhəri) – 1

Vergi borclarının alınması şöbəsi

dövlət vergi müfəttişi  - 1

 

 

11 saylı Ərazi Vergilər Departamenti (Yevlax şəhəri) – 2

Vergi ödəyicilərinə xidmət şöbəsi

dövlət vergi müfəttişi  - 1

Vergi borclarının alınması şöbəsi

dövlət vergi müfəttişi - 1

                                          

13 saylı Ərazi Vergilər İdarəsi (Zaqatala şəhəri) – 1

Qeydiyyat və uçot şöbəsi

dövlət vergi müfəttişi  - 1

 

14 saylı Ərazi Vergilər İdarəsi (Şəmkir şəhəri) - 2

Vergi borclarının alınması şöbəsi

dövlət vergi müfəttişi -1

Bəyannamələrin kameral yoxlanması şöbəsi

dövlət vergi müfəttişi - 1

 

Kəlbəcər rayon Vergilər Şöbəsi (Gəncə şəhəri) -1

Vergi ödəyicilərinin məlumatlandırılması üzrə

böyük dövlət vergi müfəttişi  - 1

 

Cəmi: 17 yer.                                                                            

 

Qeyd:  Müsabiqənin sonuna qədər vakant yerlərin sayı dəyişə bilər.







Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.