Axtar
az|рус|eng
Müsabiqə
Dövlət vergi orqanlarına birbaşa müsahibə yolu ilə işə qəbulla bağlı müsabiqənin keçirilməsi haqqında məlumat

07.01.2019

 

“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu elektron ərizə vasitəsilə 14.01.2019-cu il saat 10:00-dan başlanılacaq və davamlı olaraq həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün namizdələrə verilən tələblər

  • Baş mühasib vəzifəsində 3 ildən artıq işləmiş şəxslər;
  • Mühasib vəzifəsində 5 ildən artıq işləmiş şəxslər;
  • Vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş xüsusi rütbəli şəxslər;
  • Maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər;
  • 5 ildən artıq hüquqi staja (məhkəmə, prokurorluq, vəkillik və s.) malik olan şəxslər.

Üstünlük verilən namizədlər

  • Elmi dərəcəsi, maliyyə və mühasibatlıq sahəsində fərqləndirici sertifikatlara malik olanlar;
  • Xarici dillərin birini sərbəst bilənlər.  

Elektron ərizə üzrə tələb olunan sənədlər

  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti;
  • Əmək kitabçasının surəti;
  • Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri.

Müsabiqədə iştirak haqqında məlumat

  • Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.
  • Elektron ərizəsi qəbul edilmiş namizədlərə müsahibənin keçirilmə vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər; (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla)
  • müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar;
  • Dövlət vergi orqanları və ya işlədiyi digər qurumlarda əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidməti fəaliyyətlə bir araya sığmayan hərəkətlərə görə işdən azad edilmiş şəxslər;
  • Yaşı 50-dən yuxarı olan vətəndaşlar.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.