Axtar
az|рус|eng
Maliyyə institutlarında vergi monitorinqi

ÜMUMİ MƏLUMAT

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılması, belə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılması, bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli 767-IIIQ nömrəli “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu (bundan sonra – Qanun) qəbul edilmişdir.

Qanunun 6.1.6-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə” 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanının (bundan sonra – Fərman) 4.7-ci bəndinə əsasən vəkillər və notariuslardan başqa hüquqi xidmət göstərən şəxslərə münasibətdə nəzarət orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 31 oktyabr 2013-cü il tarixli 1317050000006200 nömrəli Qərarı ilə “Hüquqi xidmət göstərən digər şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalar Qanunun 6.5-ci maddəsinə, Fərmanın 4.7-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə əsasən hazırlanmışdır.

Hüquqi xidmət göstərən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra – PL/TMM) üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən kameral və ya səyyar yoxlamaların keçirilməsi yolu ilə həyata keçirilir. Vergilər Nazirliyi hüquqi xidmət göstərən digər şəxslər tərəfindən PL/TMM sahəsində öhdəliklərə əməl edilməməsini aşkar edərsə, onlara qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri tətbiq edir və bu barədə maliyyə monitorinqi orqanına məlumat verir. Nazirlik hər bir hüquqi xidmət göstərən digər şəxsdə ildə bir dəfə kameral yoxlama və hər üç ildə bir dəfə səyyar yoxlama (planlaşdırılmış səyyar yoxlama) həyata keçirir. Belə yoxlamalar hüquqi xidmət göstərən digər şəxsi əvvəlcədən xəbərdar etməklə həyata keçirilir. Vergilər Nazirliyinə PL/TMM üzrə qanunvericiliyin pozulması faktları haqqında məlumat daxil olduqda araşdırma məqsədilə hüquqi xidmət göstərən digər şəxsdə planlaşdırılmamış səyyar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilə bilər. Planlaşdırılmamış səyyar yoxlama hüquqi xidmət göstərən digər şəxsə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilir.

PL/TMM tədbirlərinin effektivliyinin artırılması məqsədilə Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) PL/TMM sahəsində Azərbaycan Respublikasına verdiyi tövsiyələri və həmin tövsiyələrin həyata keçirilməsi üçün görülməli olan işləri özündə əks etdirən tədbirlər planı hazırlanaraq vergilər nazirinin 31 mart 2015-ci il tarixli 1517040100436800 nömrəli  əmri ilə təsdiq edilmişdir.

Vergilər Nazirliyi PL/TMM sahəsindəki ən son qanunvericilik aktlarını, beynəlxalq standartları və digər məlumatları, o cümlədən PL/TMM sahəsindəki əsas anlayışları, hüquqi xidmət göstərən digər şəxslərin hüquq və vəzifələrini, şübhəli əməliyyatların aşkarlanması meyarlarını, sanksiya tətbiq olunan şəxslərin və PL/TMM sahəsində əməkdaşlıq etməyən ölkələrin ən son siyahılarını hüquqi xidmət göstərən digər şəxslər tərəfindən öz fəaliyyətlərində nəzərə almaları məqsədilə bu bölmədə mütəmadi olaraq dərc edir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.