Axtar
az|рус|eng
Media
10.06.2019

Vergilər nazirinin müavinləri İmişli və Ağsu rayonlarında vətəndaşları qəbul edəcək

İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli, Laçın, Ağsu, Şamaxı və Qobustan rayonları sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Sahib Ələkbərov 14 iyun 2019-cu il tarixində İmişli rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: İmişli şəhəri, 20 yanvar küç.) İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər nazirinin müavini Mətin Eynullayev isə həmin gün Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küç.) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 11-13 iyun 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, Şamaxı rayonunda 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Ağcabədi, Ağsu və Qobustan rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.