Axtar
az|рус|eng
Media
04.03.2019

Diplomatik korpusun nümayəndələri vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə məlumatlandırılıb

Martın 4-də “Hyatt Regency” otelində Prezident Administrasiyasının dəstəyi, Xarici işlər və Vergilər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib. Məqsəd diplomatik korpus nümayəndələrini vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumatlandırmaq olub.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov ölkədə həyata keçirilən iqtisadi islahatlar, xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti, vergi islahatları, onların məqsəd və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, ölkə iqtisadiyyatının qarşısında duran əsas iqtisadi vəzifələr ixracyönümlü qeyri-neft sənayesinin yaradılması, xammala bağlı olmayan inkişaf mexanizmlərinin qurulması, biznes mühitinin və sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. Bu hədəflərə nail olmaq üçün vergi qanunvericiliyində, vergi inzibatçılığında və bilavasitə idarəetmə sistemində köklü islahatlar aparılır.

Nazir 2018-ci ildə dövlət-biznes münasibətlərində yeni yanaşmaların sərgiləndiyini, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması üçün yeni iqtisadi mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb. Vergi islahatlarının əsas prinsipləri sırasında proqnozlaşdırmanın mümkünlüyünü, şəffaflıq və bərabərliyə əsaslanmanı qeyd edən Mikayıl Cabbarov islahatların biznesin könüllü əməletmə səviyyəsinin və fiskal gəlirlərin artmasına müsbət təsir göstərdiyini vurğulayıb. Nazir vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılması məqsədi daşıdığını qeyd edib.

 Sonra Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı tədbir iştirakçıları üçün geniş təqdimat keçirilib, diplomatik korpus nümayəndələrinin sualları cavablandırılıb.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.