Axtar
az|рус|eng
Media
23.10.2018

Vergilər naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb

Oktyabrın 22-də vergilər naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb. Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində hər iki ölkədə son illər həyata keçirilmiş islahatlar barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, hazırda dünya vergi orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biri vergi inzibatçılığında informasiya texnologiyalarının daha geniş tətbiqinə nail olmaqdır. Bu mənada, hər iki ölkədə rəqəmsal texnologiyaların tətbiqi sahəsinə xüsusi diqqət yetirilir.

Görüşdə Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxsləri Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimatlarla çıxış ediblər.

Azərbaycanın Vergilər Nazirliyi və Rusiya Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.