Axtar
az|рус|eng
Media
25.06.2018

Vergilər naziri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək

Qəbələ, İsmayıllı, Oğuz rayon sakinlərinin nəzərinə! 

Vergilər naziri Mikayıl Cabbarov 29 iyun 2018-ci il tarixində saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 25-28 iyun 2018-ci il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı rayonunda vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.