Axtar
az|рус|eng
Media
05.05.2018

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş şahmat turniri başa çatıb

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilən, Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Şahmat Federasiyasının dəstək verdiyi vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub.

Xalqımızın ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr olunmuş, aprel ayının 21-də start götürmüş bu yarışlar Olimpiya sistemi üzrə keçirilib. Yarışlarda əksər vergi orqanlarının əməkdaşları iştirak edib. Yarışın baş hakimi turnirin gedişatı və nəticələri barədə məlumat verib. Vergilər nazirinin müavini Sahib Ələkbərov turnir iştirakçılarına minnətdarlığını bildirərək, yarışın maraqlı rəqabət şəraitində keçdiyini qeyd edib. Vergi sistemində çalışanların asudə vaxtlarında zəka tələb edən fəaliyyətlə məşğul olmaları və vergi işçilərinin intellektual potensialının nümayiş etdirilməsi baxımından belə şahmat turnirinin təşkilini müsbət dəyərləndirilib.

Sonra qaliblərə diplomlar təqdim edilib.

Turnirin qalibi 12 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi Ayaz Məmmədov olub. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı Allahverdiyev Məzəddin 2-ci, 8 saylı Əzari Vergilər İdarəsinin əməkdaşı Abbasov Ramil isə 3-cü yeri tutub.

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.