Axtar
az|рус|eng
Media
21.04.2018

Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib

Aprel ayının 21-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr olunmuş 13-cü ənənəvi şahmat turnirinə start verilib. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub.

Vergilər Nazirinin müavini Sahib Ələkbərov turnir iştirakçılarını salamlayaraq bildirib ki, turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində ümummilli lider idmanın inkişafına daim böyük qayğı göstərib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, Azərbaycanda güclü şahmat məktəbi yaradılıb. Çox keçməyib ki, şahmatçılarımızın beynəlxalq turnirlərdəki bir-birindən uğurlu çıxışları ilə şahmat həvəskarlarını sevindirməyə başlayıblar. Bu proses bu gün də davam edir və şahmatın inkişafı ölkə başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Qeyd olunub ki, Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı üçün Dövlət Proqramı qəbul olunub və dövlət başçısı İlham Əliyevin şahmatın inkişafına xüsusi diqqət yetirir. Ölkəmiz 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə təşkil edib və FİDE-nin yekdil qərarı ilə həmin Olimpiada tarixdə ən yüksək səviyyədə təşkil olunan şahmat olimpiya oyunları kimi dəyərləndirilib.

Sonda S.Ələkbərov uzun illərdir keçirilən, ulu öndərin xatirəsinə həsr olunan bu şahmat turnirinin vergi xidməti əməkdaşlarının asudə vaxtının səmərəli təşkili və  onların intellektual potensialının nümayiş etdirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb.

Nazirliyin müxtəlif struktur bölmələrindən 48 əməkdaşın iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 5-də başa çatacaqdır.

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.