Axtar
az|рус|eng
Media
15.03.2018

Vergilər Nazirliyi uşaqları sevindirib

Mart ayının 15-də Vergilər Nazirliyinin təşkilatçılğı ilə Novruz bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş məktəblilər, eləcə də tədris ilində yüksək nəticələr əldə edən şagirdlər Akademik Milli Dram Teatrında “Gəl baharım, gəl yazım” adlı səhnə əsərini izləyiblər.

Teatrın Novruz şənlikləri münasibətilə hazırladığı tamaşa baharın gəlişini əks etdirən maraqlı səhnə dekorasiyası və obrazları ilə uşaqları sevindirib. Yaradıcı heyətin peşəkar canlandırmaları, bir-birindən maraqlı səhnəcik və oyunlar məktəblilərdə bayram ovqatı yaradıb, alqışlarla qarşılanıb. Tamaşanın sonunda aktyorlar məktəbliləri bayram münasibətilə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar. Vergilər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirə dəvət olunan uşaqlara nazirlik tərəfindən bayram hədiyyələri təqdim edilib.

Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Novruz şənliklərinin təşkilində məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, tədris ilində yüksək nəticələr əldə edən şagirdlərin təhsilə marağını stimullaşdırmaqdır.

 

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.