Axtar
az|рус|eng
Media
05.03.2018

Vergi ödəyiciləri ilə görüşlər keçirilir

Məlum olduğu kimi, vergi sistemində şəffaflığın təmin edilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən müəyyən işlər görülüb, əsas hədəflər ictimaiyyətə bildirilib və gələcək iş fəaliyyətinin əsas istiqamətləri açıqlanıb. Qeyd olunan məsələlərin birbaşa vergi ödəyicilərinə çatdırılması və ərazi vergi orqanlarının əməkdaşlarına müvafiq tapşırıqların verilməsi məqsədilə, Nazirliyin rəhbər vəzifəli şəxsləri regionlara ezam ediliblər. Mart ayının 5-dən 9-dək Vergilər Nazirliyinin bütün ərazi vergi orqanlarında, Nazirlik yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində sahibkarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
 
Media və Kommunikasiya Mərkəzi




Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.