09.12.20172017-cı ilin noyabr ayında vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında2017-ci ilin noyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 18600 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 105136 SMS göndərilib.
Noyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 415534 daxilolma qeydə alınıb.
Vergi ödəyicilərinə xidmət strukturlarında 30526 vətəndaş qəbul edilərək onlara 45209 sayda xidmət göstərilib. 2017-ci ilin 1 dekabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 393876 sayda ASAN İmza sertifikatı verilib.
2017-ci ilin noyabr ayı ərzində 7722 vergi ödəyicisi (989 hüquqi şəxs, 6733 fiziki şəxs) qeydiyyatdan keçib.
Media Kommunikasiya Mərkəzi
Geri