Axtar
az|рус|eng
Media
20.11.2017

Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edəcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 24 noyabr 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağdaş rayon vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: M.Şeyxzadə küçəsi, 3A) Ağdaş, Göyçay, Qəbələ, Oğuz və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.

Ağdaş, Göyçay, Qəbələ, Oğuz və İsmayıllı rayonlarından olan vətəndaşlar 9 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Xəlilov Calal Məcid oğlu, əlaqə telefonu (020-274-60-17), mobil (050-.254-49-24), 10 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Əhmədov Tale Sahib oğlu, əlaqə telefonu (024-205-05-69), (050-565-41-11), Ağdaş Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Quliyev Vüsal Mübariz oğlu, əlaqə telefonu (020-235-52-64), (050-254-49-75), İsmayıllı Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Callatov Mürvət Allahverən oğlu, əlaqə telefonu: (020-285-11-14), mobil (050-758-92-30) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.