Axtar
az|рус|eng
Media
15.11.2017

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin Tədbirlər Planında nəzərədə tutulmuş Səmərəli vergi sisteminin təşviq edilməsi tədbiri üzrə işçi qrupun hesabat xarakterli yekun iclası keçirilib

Vergilər Nazirliyində «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»nin Tədbirlər Planında nəzərdə tutulmuş səmərəli vergi sisteminin təşviqi edilməsi tədbiri ilə bağlı 2017-ci il ərzində görülmüş işlər müzakirə edilib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergilər nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, strateji yol xəritələrində müəyyən edilmiş tədbirlərin icrası məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərlə yaxından tanış olmaq, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərini müzakirə etmək üçün sahibkarlıq subyektləri ilə silsilə görüşlər keçirilib.

Qeyd olunub ki, «Səfirlik və digər əhəmiyyətli dövlət və qeyri-dövlət saytlarında yerləşdiriləcək nümunəvi məlumat forması»nın hazırlanması üçün işlər görülüb, Vergilər Nazirliyinin və ölkəmizin xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqlarının rəsmi internet səhifələrində Azərbaycan və ingilis dillərində «Azərbaycan Respublikasında xarici investisiyalar üçün əlverişli vergi mühiti» başlığı altında materiallar yerləşdirilib.

Eyni zamanda, ötən dövr ərzində pərakəndə ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsi üzrə nağdsız əməliyyatlara vergi güzəştlərinin tətbiqi və vergi ödəyicilərində keçirilmiş vergi nəzarəti tədbirləri nəticəsində onlara hesablanmış vergi və maliyyə sanksiyalarının ödəmə müddətindən tez ödənilməsinə görə maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiqi mexanizmləri işlənib hazırlanıb.

Bununla yanaşı, istehsal sahəsi, daşınmaz əmlak və işçi qüvvəsi ilə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda ixrac yönümlü məhsulların istehsalı fəaliyyəti ilə məşğul olan ixracatçılara, eləcə də müəyyən edilmiş şərtlər daxilində özəlləşdirilən dövlət müəssisələrinin əmlak vergisi üzrə növbəti üç il üçün vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər də hazırlanıb.

S.Musayeva bildirib ki, işçi qrup tərəfindən ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmalarının monitorinqinin aparılması, onların səmərəliliyinin müəyyən edilməsi, eləcə də vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə hazırlanıb. Bu sənədlərdə sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, eləcə də hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi,  məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulub.

Media və Kommunikasiya Mərkəzi 





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.