Axtar
az|рус|eng
Media
27.10.2017

Vergilər Nazirliyinin Tədris Mərkəzində Könüllülər Parlamenti Azərbaycan- 2017 layihəsinə start verilib

Oktyabrın 26-da Vergilər Nazirliyinin Tədris Mərkəzində  “Könüllülər Parlamenti Azərbaycan- 2017” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə gənclərin  siyasi analiz bacarıqlarını inkişaf etdirmək məqsədilə 4 günlük təlimlərə start verilib.

Layihənin əsas məqsədi gənclərin siyasi biliklərinin hərtərəfli inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunan layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstərmək üçün imkan qazanacaqlar.

“Könüllülər Parlamenti Azərbaycan-2017” layihəsinə qəbul 3 mərhələdən ibarət olub. Hər 3 mərhələni uğurla tamamlayan gənclər  Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində keçirilən Milli Məclisin simulyasiyasının 4 günlük sessiyalarında iştirak etmək hüququ qazanıblar. Tədbir zamanı iştirakçılar yalnız simulyasiya ilə kifayətlənməyəcək, bir neçə sosial aksiyalarda da iştirak edəcəklər.

Tədris Mərkəzi ilə ümumi tanışlıqdan sonra Parlamentin müxtəlif komitələrinin  simulyasıyasının təqdimatında qanun layihələrinin müzakirələri keçirilib, oyunlar təşkil edilib. Tədbirin davamında Milli Məclisin deputatları, ziyalılar və ictimai xadimlərin iştirakı nəzərdə tutulur.         

“Könüllülər Parlamenti Azərbaycan-2017” layihəsi oktyabrın 29-dək davam edəcək.

Fotolar





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.